Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Milli Konservatoriyada elmi seminar keçirildi -Foto

27 Ekim 2016

10:48 am


27/10/2016 [14:47]: xeber –
Ötən həftə Azərbaycan Milli Konservatoriyasının “Bakı”zalında muğam adları ilə bağlı elmi seminar keçirildi.Öncə qeyd edim ki,AMK-da ölkəmizi beynəlxalq səviyyədə təmsil edən musiqiçilər,xalq  və əməkdar artistlər,ustad sənətçilər çalışırlar.Tədris-musiqi ocağında bədii mühit yüksək səviyyədədir.Çox yaixşı haldır ki,Konservatoriyada artıq elmi mühit formalaşmaqdadır.”Konservororiya”adlı elmi dərgidə fundamental araşdırmalar çap olunur.AMK-nın professor-müəllim heyətinin muğamşünaslığa, musiqinin müxtəlif janrlarının tədqiqinə həsr etdikləri  bu məqalələr oxucular,elmi-ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.Bütün bu uğurlarda şübhəsiz rektor.xalq artisti,professor,çox nəcib-sadə insan,tanınmış bəstəkar Siyavuş Kəriminin rolu az deyil.Siyavuş müəllim nümunəvi bir rəhbərdir.Nadir hallarda olur ki,rəhbəri həm xalq sevir,həm tələbələr,həm də müəllimlər.                        Seminarın əsas mövzusu “Kəsmə-şikəstə”zərbi muğamının adı ilə bağlı idi.Məlumdur ki,muğamın əski adı “Bakı şikəstəsi”olub.Mənbələr,tarix bunu təsdiq etsə də əziz dostumuz,AMK-nun professoru R.Musazadə bununla razılaşmaq istəmirdi.Musiqişünas,professor A.Nəcəfzadə isə elmi-tarixi faktlarla bunu isbata yetirir.Seminarda mövzu ətrafında S.Kərimi,V.Əhməd,M.Müslümov,S.Təhmirazaqızı,A.Abduləliyev,V.Rəhimov ətraflı çıxış etdilər.Tədbirdə həmçinin F.Əliyev,Z.Əliyev,V.Məmmədəliyev,Q.Əlili,F.Dadaşov,S.Ələkbərov,M.Quliyev,M.Mənsurov,M.Nəcəfov,R,Məmmədov və.b ifaçılar,sənət xadimləri iştirak edirdilər.                                                                                                                                                                                                                                          Seminarın əsas mövzusunun oxucular üçün maraqlı olduğunu düşünərək professor A.Nəcəfzadənin tədbirdə etdiyi məruzəni-məqaləni “Moderator”un oxucularına təqdim edirəm.                                                                                                                                                                                                                  Vüqar Əhməd-filologiya üzrə elmlər doktoru, professor


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler