Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Memarlıq ve İnşaat Universiteti “Web of Science” mükafatına layiq görülüb

10 Kasım 2016

12:08 pm


10/11/2016 [16:04]: xeber –
Azərbaycanın bir çox nüfuzlu universitet və elmi-tədqiqat qurumlarıyla yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universiteti “Web of Science” mükafatına layiq görülüb. Bu barədə məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan “Thomson Reuters” şirkətinin keçirdiyi təqdimat mərasimində verilib. Tədbirdə hər iki qurum Azərbaycanın elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016″nın (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) qaliblərini elan edib. Məlumat üçün qeyd edək ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz “Thomson Reuters” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.”Web of Science” mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları arasında Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və bir çox ali təhsil müəssisələri də var.Mükafatlar “Web of Science” bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler