Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan “İsgender”lere göre Rusiyanı beynelxalq mehkemeye vere bilermi?

25 Eylül 2016

6:04 am


25/09/2016 [10:02]: xeber –
Rusiyanın Ermənistana “İsgəndər” raket kompleksləri verməsi yalnız Azərbaycanda
deyil, Rusiyanın özündə də ciddi müzakirələrə səbəb olub. Belə ki, beynəlxalq
konvensiyalara görə, münaqişə tərəflərinə atəş məsafəsi 300 km məsafədən artıq
raketlər satmağın qadağan olunduğunu diqqət çəkən rus hərbi ekspertləri, Ermənistanda
nümayiş edilən raketlərin “İsgəndər-M” kateqoriyasına məxsus olacağı təqdirdə rəsmi
Moskvanın məsuliyyətə cəlb edilə biləcəyini vurğulayıb.

Maraqlıdır, həqiqətən də bu raketlər atəş məsafəsi 300 km olan “İsgəndər-E”
deyil, “İsgəndər-M” raketləridirsə, Azərbaycan Rusiyanın beynəlxalq məhkəməyə
şikayət edə bilərmi?

sayt-a açıqlama verən hərbi ekspert Azad İsazadə rəsmi
Bakının bu istiqamətdə konkret addımlar atmasının vacib olduğunu vurğuladı:

“Isgəndər” raketləri iki növdə buraxılır. Bunlardan “E”-eksport,
“M”-modernləşdirilmiş raketlərdir. Hansı ki, sonuncu ixrac üçün deyil,
Rusiyanın öz istifadəsi üçün nəzərdə tutulub. Rusiya bu vaxta qədər “İsgəndər”
raketlərinin heç bir növünü heç kimə satmayıb. Vaxtiylə Suriya ilə müqavilə
bağlanmışdı və bu müqaviləyə görə Rusiya Suriyaya atəş məsafəsi 280-300 km olan
“İsgəndər-E” raketləri satmalı idi. Lakin İsrail bu məsələ ilə bağlı öz
narazılığını ortaya qoyduğu üçün Rusiyanın Suriyaya raket satışı reallaşmadı. Ermənistan
ilk dövlətdir ki, Rusiya ona “İsgəndər” raketi satıb.

Rusiya hələ ki, bu raketləri ermənilərə satdığını nə təsdiq, nə də təkzib
etməyib. Paradda rus hərbçiləri də iştirak edib və istisna edilmir ki, bu
raketlər parad üçün 102-ci hərbi bazadan götürülüb.

Digər bir ehtimal isə bu, ola bilər ki, bu raketlər “İsgəndər-M” yox,
“İsgəndər-E” raketidir. Hansı ki, onun atəş məsafəsi 300 km-dir.

Azərbaycan bu məsələ ilə ciddi məşğul olmalıdır. Çünki 280-300 km məsafədə
hədəfi vuran bu raketlər də Azərbaycan üçün təhlükə yaradır. Əgər bu raketlər Dağlıq
Qarabağın kənarlarında quraşdırılsa, o zaman ordan Bakıya da zərbə endirmək
mümkündür. Odur ki, rəsmi Bakı bununla bağlı beynəlxalq hüquq çərçivəsində
lazımi addımlar atmalı, bu raketlərin Ermənistana verilib-verilmədiyini, nə
üçün verildiyini aydınlaşdırmalıdır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler