Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan-İran iqtisadi elaqeleri müzakire edilib…

02 Ağustos 2016

8:56 am


02/08/2016 [12:55]: xeber –
İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıq məqsədilə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəmizdə işgüzar səfərdədir. Avqustun 2-də iqtisadiyyat naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığa dair saziş layihələrinə, eləcə də Azərbaycan və İran arasında həyata keçirilən mühüm layihələrə, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə, neft-qaz, energetika, gömrük işi, kənd təsərrüfatı, səhiyyə, turizm, investisiya əməkdaşlığına, habelə əczaçılıq, minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalı layihələrinə dair müzakirələr aparılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler