Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan İmperatorluğu Günü” qeyd olundu

14 Ağustos 2016

1:00 pm


14/08/2016 [16:58]: xeber –
“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə ictimai birliyi “Azərbaycan İmperatorluğu ” adlı layihə həyata keçiriblər. Layihə çərçivəsində məktəblilər və gənclər Tarix Muzeyində “Şah İsmayıl” sərgisini ziyarət ediblər, həmçinin tədbir keçirilib. Tədbiri layihə rəhbəri Sədulla Nuriyev açıb. “Azərbaycan İmperatorluğu Günü” barədə məlumat verən layihə rəhbəri 14.08 tarixinin seçilməsinin simvolik olaraq 1408-ci ildə Azərbaycanda Qaraqoyunlu yəni Baharlı sülaləsinin hakimiyyətə gəlməsi ilə əlaqədar olduğunu açıqlayıb. Bundan əlavə 1925-ci ilə qədər davam türkman sülalələrinin hakimiyyətdə olmasını nəzərə çatdıran Sədulla Nuriyev bütün bu sülalələrin ayrı-ayrı dövlətlər deyil bir dövlətdə hakmiyyətə gəlmiş müxtəlif sülalələr olduğunu və bunları bu formada öyrənməyin və təbliğ etməyin vacibliyini qeyd edib.Daha sonra məktəblilər və gənclər öz bacarıqlarını nümayiş etdiriblər. Nağdalıyev Ləman Şah İsmayıl Xətaiyinin gəraylısını söyləyib. Atakişiyeva Sevil toxuduğu Səfəvi sülaləsinin bayrağını, Rzayeva Fatimə çəkdiyi sülalələrin bayraqlarını, Hacıyev İsmayıl isə “Ağa Məhəmməd Şah Qacar” rəsmini tədbir iştirakçılarına təqdim ediblər. Layihə çərçivəsində fərqlənənlər diplomla təltif olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler