Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan herbi oyunlarda iştirak edecek

07 Temmuz 2016

12:00 pm


07/07/2016 [15:59]: xeber –
Azərbaycan Rusiyada keçiriləcək “Beynəlxalq hərbi oyunlar-2016” adlı təlimlərdə iştiraka razılıq verib. APA-nın verdiyi xəbərə görə, builki təlimlərdə 19 ölkə iştirak edəcək, 17 ölkə isə təlimdə iştirak etməkdən imtina edib. Azərbaycanla yanaşı,Ermənistan, Belarus, Anqola, Venesuela, Yunanıstan, Misir, Zimbabve, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Küveyt, Monqolustan, Nikaraqua, Pakistan, Serbiya və Tacikistan təlimlərdə iştirak edəcəklər. İmtina edən ölkələr isə Argentina, Braziliya, Böyük Britaniya, İtaliya, Koreya, Mərakeş, Niderland, Slovakiya, ABŞ, Türkmənistan, Özbəkistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə və Yaponiyadır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler