Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan her zaman Türkiyenin yanındayıq”

29 Haziran 2016

7:20 am


29/06/2016 [11:19]: xeber –
Millət vəkili Siyavuş
Novruzov sayt-a açıqlamasında Türkiyədə Atatürk hava limanında baş verən
terror aktına münasibət bildirib. Azərbaycanın hər zaman Türkiyənin yanında
olduğuna diqqət çəkən millət vəkili, həlak olanların ailəsinə rəhmət,
yaralılara şəfa diləyib:

“Türkiyədə baş verən məlum
terror aktı Azərbaycanda təəssüf və sarsıntı ilə qarşılanıb. İnanırıq ki,
Türkiyə dövləti yaxın gələcəkdə terror aktlarının qarşısını qətiyyətlə alacaq, Türkiyəni
zəiflətməyə çalışan bu qüvvələrə layiqli cavab verəcəkdir.

Biz Azərbaycan olaraq hər
zaman Türkiyənin yanındayıq və bu cür terror aktlarını lənətləyirik. Türkiyəni
terror yolu ilə zəiflətməyə çalışan qüvvələr bilməlidirlər ki, onlar öz mqəsədlərinə
əsla çatmayacaqlar. Mən son terror olayında həlak olan şəxslərə rəhmət,
yaralılara şəfa diləyirəm. Əminəm ki, bu terror aktının arxasında duran təşkilatçı
qüvvələr tezliklə müəyyənləcək və Türkiyə dövləti tərəfindən ən sərt şəkildə cəzalanacaqdır”.

 

Seymur Əliyev

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler