Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan hekiminin dehşetli sehvi dünya mediasında – FOTO

25 Haziran 2016

10:00 am


25/06/2016 [13:58]: xeber –
Bakıda həkimin şəkərli diabet xəstəsi 82 yaşlı Tərlan Əliyevanın sağlam olan sol ayağı əvəzinə sağ ayağını kəsməsi beynəlxalq medianın da diqqətini çəkib. Axar.az xəbər verir ki, Türkiyənin NTV, “Haberler.com” və Rusiyanın “Ria Novosti”, “Lenta.ru” kimi nüfuzlu media orqanları məsələyə geniş yer verərək, sensasiyalı hadisəni oxucularına çatdırıb. Oxucular isə şərhlərində hadisəni törədən həkimi lənətləyiblər. Qeyd edək ki, şəkərli diabet xəstəsi Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində 60 yaşlı cərrah həkim Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler