Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan heç vaxt “Metsamor”u vurmaz”

21 Eylül 2016

8:44 am


21/09/2016 [12:43]: xeber –
Ermənistanın “İsgəndər-M” raket komplekslərini nümayiş etdirməsindən
sonra Azərbaycanın “Metsamor” AES-i vura biləcəyi, bəzi raketlərimizin bu
stansiyanı hədəfdə saxladığı ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, Azərbaycanın
“Metsamor”u vurması mümkündürmü? Bu, Ermənistanla yanaşı Azərbaycanda da
ekoloji fəlakətə səbəb olmazmı?

Məsələ ilə bağlı sayt-a açıqlama verən “Hərbi Jurnalistlər”
İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu barədə səslənən
fikirlərin əsassız olduğunu vurğuladı:

“Bizim erməniyə qarşı nə qədər nifrətimiz olsa da, Azərbnaycan heç
vaxt “Metsamor” AES-i vurmaz. Biz “Metsamor”u niyə vurmalıyıq ki? Məgər biz də
ermənilər kimi köçəriyik ki, “Metsamor”u vuraq və sonra harasa köç edək? Biz “Metsamor”un
fəaliyyətinin dayandırılmasına nail olmalıyıq. Əlaqədar qurumların da diqqətinə
çatdırmalıyıq ki, bu istiqamətdə ciddi addımlar atsın. “Metsamor”u vurmaq
haqqına fikirlərşən adamlar 1986-cı ildə Ukraynanın Çernobıl şəhərindəki AES-də
baş verən sızıntının hansı fəlakətə səbəb olduğunu xatırlasınlar. O zaman baş
verən xırda bir sızıntıdan sonra bütün ətraf ərazilərədn insanlar köçürüldü və
həmin ərazilər önü zonaya çevrildi.

Azərbaycanın  Ermənistanı rahat
şəkildə ram etmək üçün yetərincə gücü var. Odur ki, “Metsamor”a raket zərbəsi
endirməyə bu mənada da ehtiyac yoxdur”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler