Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan-Fransa regionlararası emekdaşlığı genişlenir

30 Haziran 2016

2:08 pm


30/06/2016 [18:06]: xeber –
İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Foru qəbul edib.Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsində regionlararası əməkdaşlığın xüsusi rolunu qeyd edib. Hazırda Azərbaycanın 13 şəhəri ilə Fransanın 11 şəhəri və 1 vilayəti fəal əməkdaşlıq edir. Bu baxımdan, Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalları, ötən il Parisdə təşkil olunmuş qida və kənd təsərrüfatı məhsullarının sərgisi, biznes forumlar önəmlidir. Qeyd edilib ki, regionlararası əməkdaşlığın genişləndirilməsi həmçinin, mədəniyyətlərin təbliğinə, xalqların bir-birini tanımasına böyük töhfə verə bilər. Görüşdə regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə Azərbaycanla Fransa arasında Regionlararası İdarəetmə Komitəsinin yaradılması məsələsi müzakirə edilib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdıran nazir Şahin Mustafayev regionlararası əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdəki yüksək inkişafın onda böyük təssürat yaratdığını qeyd edib, ikitərəfli əlaqələrin, o cümlədən regionlararası əməkdaşlığın genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler