Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb

14 Ekim 2016

1:28 pm


14/10/2016 [17:26]: xeber –
2016-cı il oktyabrın 10-12-də Türkiyənin İstanbul şəhərində Türk Ocaqları İstanbul şöbəsi tərəfindən təşkil olunmuş “Günümüz İslam Dünyasında məsələlər və həlli yolları” mövzusunda beynəlxalq simpozium keçirilib. Həmin simpoziumda Azərbaycanı təmsil edən AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, Təfəkkür Universitetinin dosenti Faiq Ələkbərov  bildirib ki,  simpoziumda bütün müsəlman ölkələrinin elm adamları, o cümlədən filosoflar və ilahiyyatçılar iştirak ediblər.Simpozumun ana mövzusu İslam dünyasının bu gün yaşadığı problemlər və ondan çıxış yolları olub. Özəlliklə, Xristian dünyasıyla müqayisədə İslam dünyasının yaşadığı böhranlar, o cümlədən savaşlar və onun nəticələri müzakirə olunub.  Simpoziumda CHP-nin lideri Kamal Kılıçdaroğlu, Əski Diyanət İşləri sədri Əli Bardakoğlu, Türk Ocakları İstanbul şöbəsinin başqanı Cezmi Bayram, prof, Süleyman Dönməz, prof. Özcan Taşçı, prof,.Sıddık Korkmaz, prof. Ali Coşkun, prof. Mustafa Təkin, prof. İlhami Güler, prof. Mehmet Evkuran və başqaları maraqlı mövzularla çıxış ediblər.Simpoziumda “Türk-İslam Dünyasının Yeni Çözüm Yolu: Türklük, İslamlıq və İnsanlıq” mövzusunda çıxışı edən F.Ələkbərov əsas diqqəti İslam diniylə onu qəbul edən üç böyük millətin, yəni türklərin, ərəblərin və farsların münasibətlərinə həsr edib. Azərbaycan filosofunun fikrincə, milli və dini duyğular həmiş yanaşı mövcud olmuşdur. Ancaq milli və dini duyğuları insanlıq düşüncəsindən kənara çıxaranlar İslam dünyasında bölücülüyə xidmət etmişlər. Azərbaycan aliminə görə, Türklər isə İslamı qəbul etməklə yanaşı həmişə milli kimliklərini onunla bütünləşdirməyə çalışmışlar. Onun fikrincə, İslam dinini özünə doğma hesab edən türklər heç zaman dini duyğulardan milli maraqları naminə istifadə etməyə çalışmamışlar. Sadəcə, burada türklük və islamlığın birlikdə insanlığa xidmət etməsi ön planda olmuşdur.Azərbaycan filosofunun fikirləri simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmış və disskusiyalara səbəb olmuşdur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler