Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan Ermenistana derhal nota vermelidir” – Qarabağdakı PKK-la bağlı 

09 Kasım 2016

3:12 pm


09/11/2016 [19:10]: xeber –
 Zaman-zaman PKK terror təşkilatı mənsublarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə və rayonlarına yerləşdirilməsi ilə bağlı məlumatlar gündəmə gətirilib. PKK-nın da, ermənilərin də eyni mərkəzdən idarə edildiyini nəzərə alsaq, belə faktlar qaçılmazdır. Yəni Türkiyədə vuruşan, terror və təxribatla məşğul olan PKK-çılar asanlıqla Qarabağ ərazisində də ola bilərlər. Lakin onların yalnız kürdlərdən ibarət olmasını düşünmək də düzgün olmazdı. Bu yaxınlardan, Türkiyə ordusunun keçirdiyi əməliyyatlar vaxtı ələ keçirilən PKK döyüşçüsü milliyyətcə erməni idi. Bundan başqa, öz maliyyə mənbələrini genişləndirmək üçün Dağlıq Qarabağ ərazisindəki ”Boz zona”larda PKK-nın da qaçaqmalçılıqla məşğul olması haqqında məlumatlar var və bu haqda Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Bu dəfə isə mövzunu Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, Azərbaycanda kifayət qədər yaxşı tanınan Turqut Ər gündəmə gətirib. Azərbaycanla bağlı hər açıqlaması az qala qalmaqala səbəb olan Turqut Ərin bu dəfəki iddiaları da diqqətçəkəndir. Keçmiş müşavir Azərbaycanda – hakimiyyətə, siyasi partiyalara, vətəndaş cəmiyyəti təşkilatlarına və ümumiyyətlə, Azərbaycan toplumuna “Kürdçülərin əl-ayağını yığışdırın!” çağırışı edib. T.Ər bildirir ki, PKK sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı hər gün boş şəhər və kəndlərə köçür, yeni binalar inşa edirlər: “Kəlbəcərdə “Kızıl Kürdistan”ı quranlar və onun toxumları ermənilərlə işbirliyi içərisindədirlər. Bu, Azərbaycan için böyük bir məsələdir, gec olmadan tədbirlər görülməlidir. Yoxsa sonra Azərbaycan bu problemin altından çıxa bilməz”.Doğrudanmı, Dağlıq Qarabağa PKK-çıların yerləşdirilməsi prosesi gedir? Bu deyilənlər doğrudursa, Azərbaycan üçün hansı təhlükə təşkil edir? Qarabağda ermənilərlə üz-üzə olduğumuz bir zamanda, yeni bir düşmən də qarşmıza çıxmayacaq ki?sayt-ın mövzu ilə bağlı suallarına bu məsələləri yaxından izləyən politoloq Cümşüd Nuriyev aydınlıq gətirib.Cümşüd Nuriyev ilk öncə belə bir məlumatı açıqladığına görə Turqut Ərə təşəkkür edib: “Əvvəla onu qeyd edim ki, PKK-nı elə 1984-cü ildə indiki Suriyanın Deka vadisində Asala yaradıb. Bunun təsisçisi də Asalanın üzvü olan ermənilərdir. Bu birmənalı şəkildə belədir. PKK-da özü erməni olub, ancaq türk adıyla bilinən ermənilər çoxdur, o cümlədən də Səlahəddin Dəmrtaş. Turqut Ərin bu məsələni bəyan etməsi düzü onunçün böyük bir risqdir, amma o, Azərbaycanı, Türk millətini sevən bir adamdır. Xarici səfirliklərin mətbuat xidmətlərində işləyənlərin yüzdə 99 faizi təhlükəsizlik orqanları ilə bağlı adamlardır. Bu, Türkiyə MİK-də olan məlumatdır və MİK bunu yaya bilməz, yəqin Turqut Ərin onlarla hansısa şəkildə əlaqəsi var və hansısa yolla bunu eşidib. Sağ olsun ki, bu barədə məlumat verir”. Politoloq daha sonra qeyd edib ki, Azərbaycanda da bəzi siyasi şərhçilər bu məsələyə zaman-zaman toxunublar:“Bəli, Qarabağ hazırda qara bir dəlikdir, bu ərazidə nəinki PKK-nın, Asalanın da kifayət qədər həm hazırlıq qurupları var, həm burada terrorçular hazırlayır, hətta lazım gəlsə, İŞİD-lə əlaqəsi də ortaya çıxacaq. Nəzərə alsaq ki, istər Suriyada, istər İranda, istər Türkiyədə olan PKK-la bağlı ermənilər son illərdə ora köçənlərdir. Ərdoğan da bildirib ki, son 20 ildə Türkiyəyə 200 minə qədər erməni gəlib. Bir o qədər də İrana axın var. Suriyada da nə qədər erməni vardısa hamısını gətirib Laçına, Zəngilana, Kəlbəcərə yerləşdiriblər. Bircə Ağdamla Füzulidə yerləşdirməyiblər. Çünki onlar bir qədər aşağıdadır və heç kim gəlib orada qalmaq istəmir. Bununla bağlı yutubda da kifayət qədər materiallar yerləşdirilib”. C.Nuriyev bildirib ki, bu məsələdə əsas məqsəd Azərbaycalıları bir növ hirsləndirməkdir: “Bütün bunları iqtidarla xalq arasında uçurum yaratmaq məqsədilə törədirlər. Azərbaycanın bundan məlumatı olmamış olmaz. Azərbaycan dövlətinin təhlükəsizlik əlləri kifayət qədər uzundur. Bunu tam məsuliyyətlə deyirəm. Bizim hətta dünyanın aparıcı xarici kəşfiyyat orqanları ilə yaxın əlaqələrimiz var. Ona görə də yəqin ki, bu barədə bizdə də bu məlumatlar var, ancaq bunu açıb ağartmırlar, dövlət sirridir”. Politoloq daha sonra bu məsələylə bağlı aidiyyati qurumların dərhal hərəkətə keçməsinin gərəkdiyini vurğulayıb: “Turqut Ər bunu açıqlayıb, o üzdən də bundan yararlanmaq lazımdır. Daha doğrusu, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu bununla bağlı tədbir görməlidir. KİV haqqında qanunda da var ki, XİN mətbuatda getmiş hər hansı informasiya ilə bağlı araşdırma apara bilər. Azərbaycan beynəlxalq təşkilatlara müraciət etməklə bərabər Ermənistana nota verməlidir, çünki bunları hamısı Ermənistanın üzərindən ora gəlirlər. Bizim bütün mətbuat orqanlarımız da bu barədə həyəcan təbili çalmalıdır. Bu məsələ Azərbaycan üçün təhlükəlidir, çünki son zamanlar mediamızda vəhabilərin Bakıya yığılması ilə bağlı, Fətullahçıların fəallaşması ilə bağlı informasiyalar gündəmə gəlir. Bu informasiyalar da təsadüfən gündəmə gəlmir. Azərbaycanı da sevənlər kifayət qədərdir, həm ölkə daxilində, həm ölkə xaricində. Narahatçılıqlarını bu yolla bildirirlər. Turtuq Ər də onlardan biridir, Azərbaycana olan sevgisini bu şəkildə gündəmə gətirib”.Bunun çox ciddi məsələ olduğunu deyən C.Nuriyev ermənilərdən hər cür xəyanət gözlədiyini də bildirib: “Onları çox gözəl tanıyıram, 3 il Xankəndində onlarla birgə işləmişəm. Erməni qədər məkrli, ikiüzlü, yalançı, satqın etnik qrup ola bilməz. İş ondadır ki, onlar hələ də bu sahədəki fəaliyyəti ilə bizi üstələyirlər. Çünki bizim millət o qədər safdır, təmizdir, məkrdən uzaqdır və həmişə də saf olmağımıızn qurbanı olmuşuq. Belə bir məsələ bizdə olsaydı, indi ermənilər bunu dünyaya yaymışdılar. Məlumatın dəqiqliyinə şübhəm yoxdur, çünki Turqut Ər kiyafəyət qədər ciddi adamdır. O, həm beynəlxalq qanunları bilir, həm uzun müddət Türkiyənin xarici ölkələrindəki səfirliklərində çalışıb. Bu adam dövlətin maraqlarını kifayət qədər bilən və o istiqamətdə çıxış edən adamdır. Təsadüfi adam deyil, ona görə də onun dediklərini ciddiyə almaq lazımdır. Azərbaycan dövlət kimi bu məsələdə öz mövqeyini XİN-in xətti ilə ortaya qoymalıdır”. Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler