Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan cüdosu dünya reytinqinde ilk onluqda

13 Ekim 2016

12:24 pm


13/10/2016 [16:23]: xeber –
Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün maraqlı medal statistikası dərc edib. Azərbaycan milli komandası bu statistikada 48 medal (13 qızıl, 9 gümüş və 26 bürünc) qazanaraq səkkizinci yerdə qərarlaşıb. Milli komandamız üçün ilin birinci yarısı daha məhsuldar olub. Vüqar Şirinlinin (60 kq) qitə yarışlarında – Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə öz təsirini göstərib. Əgər daha böyük uğurlardan bəhs etsək, o zaman Rüstəm Orucovun (73 kq) çıxışını qeyd etmək lazımdır. IJF-in reytinq cədvəlində milli komandamızın üzvü ilk yerdə qərarlaşıb. Gümüş medal qazandığı Rio Olimpiadasına qədər o, Kazanda keçirilən Avropa çempionatında və Havana “Qran-Pri”sində qızıl medal sevincini yaşayıb. Düsseldorf “Qran-Pri”sində ikinci, Qvadalaxaradakı “World Masters” və Bakı “Böyük Dəbilqə”sində isə üçüncü olub. Bu uğuru təkrarlayan daha bir cüdoçumuz isə mayda “World Masters”ın qalibi olan olimpiya finalçısı Elmar Qasımovdur (100 kq). Orxan Səfərovun (60 kq) qazandığı nəticələr də milli komandamızın reytinqinə öz töhvəsini verib.Dünya reytinqinə isə 48 qızıl, 20 gümüş və 30 bürünc medalla Yaponiya başçılıq edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler