Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan bu yolla Dağlıq Qarabağı geri qaytara bilse…”

18 Ekim 2016

10:56 am


18/10/2016 [14:54]: xeber –
Prezident İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həllinin mümkün olduğunu bildirib. İlham Əliyev “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər” deyib. Maraqlıdır, ermənilərə muxtariyyət vermək Azərbaycanın Qarabağ məsələsində bir addım geri çəkilməsi anlamına gəlməyəcək ki?sayt-ın mövzu ilə bağlı sualına politoloq Cümşüd Nuriyev aydınlıq gətirib.  C.Nuriyev ilk öncə Dağlıq Qarabağa muxtariyyət verilməsinin mənfi təsiri olmadığını bildirib: “Azərbaycan Konstitusiyasının 139-cu maddəsində Naxçıvan Muxtar dövlət kimi qeyd olunub. Yəni bu, konstitusiyada öz əksini tapıb. Birinci maddədə yazılır ki, Azərbaycan unitar dövlətdir. Ona görə Azərbaycan daxilində hər hansı muxtariyyətin verilməsi heç bir mənfi nəticəyə gətirib çıxarmır”. Politoloq daha sonra bu fikri prezidentin düzgün siyasəti kimi qiymətləndirib: “Dağlıq Qarabağın muxtar vilayət statusu 1991-ci ilin noyabrın 26-da ləğv olunub. Bir aydan sonra həmin tarixin 25 ili tamam olur. Azərbaycan bu muxtariyyəti yenidən bərpa edə bilər. Cənab prezident də bunu nəzərdə tutub. Hüquqi cəhətdən burada heç bir problem yoxdur. Biz geri çəkilmək yox, əksinə Dağlıq Qarabağın əvvəlki statusunu bərpa edirik. Burada Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir. Hüquqi cəhətdən heç bir boşluq yoxdur. Azərbaycan əgər bu yolla Dağlıq Qarabağı geri qaytara bilsə, ən böyük uğur ola bilər. Bu, prezidentin çox ağıllı və düşünülmüş siyasətidir. Başqa cür şərh edilməsinə ehtiyac da yoxdur”. Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler