Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan-Avropa İttifaqı iqtisadi elaqeleri müzakire edilib

21 Eylül 2016

3:48 pm


21/09/2016 [19:45]: xeber –
 İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib. Azərbaycan-Avropa iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev vurğulayıb ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, Avropa İttifaqı ilə investisiya, müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində əməkdaşlıq həyata keçirilir. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Son 5 ildə Avropa İttifaqı və ona üzv ölkələrlə 100-dən çox biznes forum və müxtəlif tədbirlər, o cümlədən bu ilin mayında Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 47%, bu ilin yanvar-avqust aylarında isə 37% təşkil edib. Görüşdə Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də son zamanlar iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə edilib, Avropa parlamentarilərinin ölkə iqtisadiyyatına dair sualları cavablandırılıb. Avropa İttifaqı-Azərbaycan iqtisadi əlaqələri barədə fikirlərini bildirən Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Avropa İttifaqının əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler