Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan alimlerinin Rusiyada tanıdılması imkanları müzakire olunub

28 Haziran 2016

6:36 pm


28/06/2016 [22:34]: xeber –
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Rusiyanın “Poisk” qəzeti baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.İnstitutdan sayt -a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib, ildə iki dəfə nəşr olunmaqla institutun elmi fəaliyyətini işıqlandıran “Botanika dünyası” məlumat bülleteni ilə qonaqları tanış edib. O, rəhbərlik etdiyi elm müəssisəsinin və Mərkəzi Nəbatat Bağının Rusiya Elmlər Akademiyasının Botanika İnstitutu ilə birgə apardığı elmi əməkdaşlığı xüsusi vurğulayıb, həyata keçirilən müştərək layihələrdən bəhs edib.“Poisk” qəzeti barədə ətraflı məlumat verən Y.Ponarina qeyd edib ki, bu nəşrdə Rusiya və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən elmi-tədqiqat institutları barədə məlumatlar, alim və mütəxəssislərin fikirləri, eləcə də ali tədris müəssisələrinin xəbərləri yer alır.Söhbət zamanı Azərbaycan alimlərinin elmi fəaliyyətinin daha geniş səviyyədə tanıdılması imkanları müzakirə olunub.Nümayəndə heyətinin üzvləri institutun Herbari Fondu, Botanika Muzeyi və Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası ilə maraqlanıb, yerli mütəxəssislərdən müsahibələr alıb və həyata keçirilən elmi-innovativ fəaliyyətdən bəhs edən reportaj hazırlayıblar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler