Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan alimleri ilke imza atdılar…

22 Haziran 2016

12:36 pm


22/06/2016 [16:32]: xeber –
Azərbaycan alimlərinin “Spider effekti” dünyanın tanınmış kimyaçıları tərəfindən qəbul edilib.ABŞ-ın akademik nəşrlər üzrə ixtisaslaşmış “Wiley” nəşriyyatında 25 bölmədən ibarət, ingilis dilində “Yeni birləşmələrin sintezi və dizaynında qeyri-kovalent qarşılıqlı təsirlər” monoqrafiyası çap olunub. sayt xəbər verir ki, 1807-ci ildən fəaliyyət göstərən, indiyədək 350-dən artıq Nobel mükafatçısının kitabını çap edən bu məşhur nəşriyyatda iki yüz il ərzində ilk dəfədir ki, azərbaycanlı alimlərin kitabı çap olunur. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun ümumi rəhbərliyi ilə nəşr edilən kitabda kimyanın yeni sahəsi olan qeyri-kovalent yeni tipli rabitələrin maddələrin sintezində və kristal qəfəsin formalaşmasında (molekulyar quruluşun dizaynında) əhəmiyyətli rolu müəyyənləşdirilib.Bu elmi yenilik alimlərimiz tərəfindən ilk dəfə “hörümçək (spider) effekti” adı ilə ədəbiyyata daxil edilib. Təklif olunan bu elmi yeniliyi təsdiqləyən, dünyanın 17 ölkəsindən olan (İspaniya, İtaliya, Portuqaliya, Almaniya, ABŞ, Yaponiya və s.) tanınmış alimlərin elmi tədqiqat işləri də həmin kitabda yer alıb. Monoqrafiyanın azərbaycanlı alimlərin təklif etdiyi ideya və elmi redaktorluğu ilə hazırlanması Azərbaycan elminin müasir səviyyəsinin dünyada qəbul olunmasından xəbər verir. Kitabın nüfuzlu nəşriyyat tərəfindən böyük tirajla çap olunması, tanınmış ali məktəblərə və elmi mərkəzlərə tövsiyə edilməsi, xüsusi internet səhifələrində reklamın yerləşdirilməsi onun yüksək məziyyətlərinin göstəricilərindəndir.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler