Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan 3 olimpiya lisenziyasından imtina etdi

31 Ağustos 2016

11:08 am


31/08/2016 [15:06]: xeber –
Azərbaycan Rusiya yığmasının 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına buraxılmaması ilə əlaqədar verilən əlavə 3 lisenziyadan imtina edib.Bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. Azərbaycanın bu lisenziyaları qazanmadığını bildirən A.Rəhimov deyib: “Vəsiqələri əldə etməyən idmançı necə o yarışa gedə bilər?”. Digər tərəfdən, məhkəmənin qərarının olmadığını xatırladan nazir “Əlilləri uzun illər hazırlaşdıqları yarışa buraxmamaq ən azı, Allaha xoş getməz” söyləyib. Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7-18 sentyabrda keçiriləcək. Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan idmançılarından cüdoçu Afaq Sultanova və Ramin Əliyevə, eləcə də atlet Hüseyn Hüseynova oyunlarda iştirak hüququ verib. Sultanova 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibidir. “Rio -2016”-da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb. (Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler