Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azer Seyidov “vuruldu”- Penitensiar Xidmetin polkovnikini hebs gözleyir

18 Temmuz 2016

4:08 pm


18/07/2016 [20:07]: xeber –
Hələ bir neçə gün əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni təyin olunan rəis Ceyhun Həsənovun qurumda köklü kadr islahatına başlayacağı barədə xəbər yaymışdıq. Bu xəbərdə işdən azad ediləcək şəxlərdən biri kimi 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovun adı çəkilirdi.Artıq yazdıqlarımız təsdiqini tapıb. Penitensiar Xidmətdəki mənbəmiz Azər Seyidovun işdən kənarlaşdırıldığını deyib. Bununla bağlı sayta daxil olan məlumatda bildirilir ki, Azər Seyidova “könüllü məzuniyyət” ərizəsi yazdırılıb. Məzuniyyətə yollanan rəis iş otağındakı şəxsi əşyalarını da özüylə aparıb.Digər bir məlumatda Azər Seyidova qarşı cinayət işinin açılacağı bildirilir.Mənbəmiz onu da bildirib ki, Azər Seyidovu hazırda təcrdixanaya yenicə rəis müavini vəzifəsinə təyin olunan Rəşid Səfərov əvəz edir. Adıçəkilən şəxs isə Tovuz Rayonunun sabiq polis rəisidir.Penitensiar Xidmətdəki olaylarla bağlı araşdırmalarımız davam edəcək.(gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler