Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azer Pasanin Azdrami tehqir eden – Gizli ses yazisi

01 Aralık 2016

11:28 am

– xeber –
Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov rəhbəri olduğu teatrın ünvanına təhqiramiz fikirlər səsləndirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, teatr əməkdaşlarından birinin BakiPost.az-a göndərdiyi səs yazısında direktorun Azdram kimi nəhəng mədəniyyət ocağını "taxtabiti yuvası” adlandırdığı aydın eşidilir. A.Nemətov teatr əməkdaşlarından biriylə söhbəti zamanı buraya könüllü gəlmədiyini də deyib: "Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”
Teatrdan Lent.az-a göndərilən məlumatda isə səs yazısının montaj edildiyi bildirilib: “Bu səs yazısının quraşdırılması, yayılması Akademik Milli Dram Teatrına, onun rəhbərliyinə qarşı qərəzdən irəli gəlir. İndi səs oxşatmaq, montaj etmək çətin məsələ deyil. Teatrın direktoru Azər Paşa Nemət kollektivə təqdim olunanda teatrın bütün kollektivinin ona əziz, doğma olduğunu deyib və əlavə edib ki, kollektivə hər zaman hörmət edib, bundan sonra da bu hörmət davam edəcək. Hazırda teatrımızda yeni səhnə əsərləri üzərində iş aparılır, premyeralara hazırlaşırıq. Kollektivin yaradıcı əhval-ruhiyyədə olduğu belə bir vaxtda bu cür səs yazısının quraşdırılması, montajı yaradıcı atmosferə xələl gətirməkdən başqa bir şey deyil və buna təəssüf edirik”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler