Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azay Quliyev ATƏT PA-nın sessiyasında vida çıxışı etdi

04 Temmuz 2016

9:04 am


04/07/2016 [13:03]: xeber –
Məlum olduğu kimi, Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir. Bu gün sessiya çərçivəsində Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitənin sonuncu iclası olub. ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda vida çıxışı edib. Çıxışın mətnini təqdim edirik: “Cənab Sədr,Hörmətli Həmkarlar,Bu önəmli Komitədə mənim Sədr müavini kimi tutduğum vəzifədə sonuncu iclasım olduğu üçün istərdim ki, hər birinizə səlahiyyət müddətim ərzində göstərdiyiniz dəstəyə və anlayışınıza görə səmimi minnətdarlığımı bildirim.Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək qiymətləndirirəm. Bu mənə ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olmuşdur. Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam.Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində hamınızla işləməyi səbirsizliklə gözləyirəm.Bir daha təşəkkür edirəm”.Qeyd edək ki, Azay Quliyev ATƏT-in Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. A. Quliyev 2014, 2015-ci illərdə isə bu vəzifəyə təkrar seçilib”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler