Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azarkeşlere ŞAD XƏBƏR: Avro-2016-nın yarımfinal ve final oyunları Bakı Olimpiya Stadionunda

23 Haziran 2016

8:20 am


23/06/2016 [12:19]: xeber –
Avro-2016-nın rəsmi tərəfdaşı olan SOCAR Bakıda ilk dəfə yerli futbol azarkeşləri üçün “Azarkeşlər zonası” yaradır.BAKU.WS məlumat veriri ki, şirkət 6-7-10 iyulda Avropa çempionatının yarım final və final oyunlarını Bakı Olimpiya Stadionuna gətirir. Beləliklə, bu yayın ən isti oyunları məhz yerli futbol sevərlər üçün Bakıda ilk dəfə açıq havada, ən böyük ekranda pulsuz nümayiş olunacaq.SOCAR-ın rəsmi tərəfdaşlığı futbol azarkeşlərinə oyun həyəcanı, ölkəmizə isə iqtisadi istiqamətdə, eləcə də imic olaraq xüsusi sima qazandırıb və qazandıracaqdır. Xatırladaq ki, beynəlxalq idman təşkilatları ilə tərəfdaşlığından irəli gələn reklam və marketinq işi sayəsində SOCAR Azərbaycana məxsus olan xaricdəki şirkətlərində satışları artıq 30 faizə qədər artırıb. Bu isə təkcə şirkətin deyil, Azərbaycanın qələbəsi və qazancıdır.Qeyd edək ki, futbol nümayişinin təşkilatçıları SMG (Sport Marketing Group) şirkəti və Bakı Olimpiya Stadionudur, informasiya dəstəyi isə “CBC Sport” kanalına məxsusdur.Yarım final və final oyunlarının yayımı zamanı “CBC Sport” kanalının şərhçiləri də “Azarkeşlər zonası”nda olacaqlar. Onlar Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlər üçün oyunları şərh edəcəklər. Milli azarkeşlərin coşqusu və idman şərhçilərinin təhlilləri oyunların baş tutacağı “Stad de Lyumer”, “Velodrom” və “Stad de Frans” stadionlarında yaşanacaq həyəcanı Bakıya daşıyacaq.Futbol oyunlarının nümayişi üçün yaradılan “Azarkeşlər zonası” ilə bağlı iki maraqlı konsepsiya düşünülüb. Meydanın “Piknik zona” adlandırılan hissəsində piknik ab-havası yaradılacaq. Sərin yaşıl meydanda, hava ilə doldurulan oturacaqlarda əyləşib böyük ekranda oyunları izləmək istəyənlər üçün bura həm də əsl istirahət mərkəzi olacaq.”Piknik zona”da azarkeşlər təkcə futbolun həyəcanından deyil, eləcə də onlar üçün özəl olaraq hazırlanan müxtəlif məzələrin (piknik səbəti, sərin içkilər, popkorn, barbekyu, hot-doq və sair) ləzzətindən də zövq alacaqlar.Təşkilatçılar bar konsepsiyasında futbolu izləməyi sevən azarkeşləri də unutmayıb. “Pab zonası”nı seçəcək olan izləyicilər müxtəlif içkilər sifariş etməklə böyük LED ekranda nümayiş olunacaq oyunların həyəcanını yaşayacaqlar.Qeyd edək ki, oyunların yayımı başlamazdan əvvəl, 21:00-dan 23:00-dək meydana dəvət olunacaq DJ futbol sevərləri açıq havada ən zövqlü musiqilərlə əyləndirəcək.”Azarkeşlər zonası” ümumilikdə 1000 nəfərə qədər azarkeş üçün nəzərdə tutulub. Oyunları “Azarkeşlər zonası”nda izləmək istəyənlər əvvəlcədən yerlərini pulsuz sifariş edə bilərlər.”Azarkeşlər zonası” haqqında əlavə məlumat www.avro2016.az saytında yerləşdiriləcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler