Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AZAL-dan növbeti biabırçılıq – Stüardessa ile sernişin dalaşdı

25 Haziran 2016

3:00 pm


25/06/2016 [18:58]: xeber –
Son illər Azərbaycanda ən çox tənqid olunan şirkətlərdən biri olan “Azərbaycan Hava Yolları”yla (AZAL) bağlı sərnişinlərin şikayəti durmadan artır.“Qafqazinfo” xəbər verir ki, bu dəfə AZAL əməkdaşı ilə sərnişinlərdən biri arasında dava düşüb. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı Cəbiyeva Feysbuk hesabında yazıbOnun sözlərinə görə, dava təyyarədə uçuşa beş dəqiqə qalmış başlayıb: “AZAL-ın əməkdaşı ilə sərnişinin biri mübahisə etdi. Onlar yumruq davasına çıxdılar, bir-birlərini təyyarədən çöldə “razborka”ya çağırdılar. Bir saat keçdi, bu dəfə başqa bir stüardessa ilə digər sərnişin güləşin bütün fəndlərini nümayiş etdirdilər. Təbii ki, söyüş və təhqirlər bonus olaraq… Uşaqlar ağladı, qadınlar qışqırdı. Bir sözlə, biabırçılıq! Və uçuşun sonunda o qızın səsi 3 saatlıq uçuşda baş verənlərin fonunda çox gözəl səslənirdi: “Bizimlə uçduğunuz üçün təşəkkürlər! Sizinlə bir daha görüşməyə şad olarıq!”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler