Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azadlıq ve sevgi şeheri – Varşaşa…

25 Ağustos 2016

5:48 am


25/08/2016 [09:44]: xeber –
Fotolu, xatirəli reportajVarşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəam. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm.***Maşınla çıxdığım bu dəfəki Polşa səfərimsə əvvəlkilərdən fərqlidi. İndi ailəyləyəm, uşaqları gəzməyə, görməyə, tanımağa gətirmişəm.“Varş və Sava” əfsanəsiVarşava Visla çayı sahilində yerləşir. Əfsanəyə görə Varş adında bir balıqçı bu yerdən üzüb keçərkən sehirli bir səslə oxunan gözəl mahnı eşidir. Səs onu valeh edir, tilsimləyir. Varş mahnı oxuyanı axtarıb tapır. Tapır və heyrətlənir. Sən demə, o sehirli səsin sahibi Sava adlı qəşəng bir su pərisiymiş – yarı qız, yarı balıq.Varş su pərisinə aşiq olur, onu evinə gətirir, amma Sava bütün günü göz yaşı tökür, “susuz yaşaya bilmərəm, məni çaya qaytar”, deyib yalvarır. “Mən axı, səni sevirəm!” “Elə sevdiyin üçün yaşat məni, qaytar ora, sənin qoruyucun olaram, hər cür bəladan hifz edərəm”.Sevgilisinin bu halına dözməyən Varş onu çaya gətirir. Onlar elə buradaca evlənib yurd salırlar. Sava dediyi kimi də edir, ailəsini, təzə yurdunu qoruyucu mələk kimi təhlükələrdən qoruyur.Varşava sözü Varşla Sava adlarından yaranıb. Əlində qılınc və qalxan tutan su pərisi bu günkü Varşavanın emblemidir.İşğallar ölkəsiElə bil Varşavanı gözləyən saysız-hesabsız təhlükələr Savaya əyanmış. Bilirmiş gələcəkdə nələr gələcək bu şəhərin başına.Ölkə dəfələrlə istilaya məruz qalacaqdı, neçə-neçə müharibəyə meydan olacaqdı. Qonşuların biri qoşunu Qərbdən salanda, o biri Şərqdən çəkəcəkdi. Sözləşib aralarında bölən vaxtları da olacaqdı Polşa torpaqlarını.Amma heç biri onun azadlıq əzmini qıra bilməyəcəkdi. Hər dəfəsində polyak xalqı yadellilərə qiyamla cavab verəcəkdi.İkinci Dünya müharibəsində Varşava tamamən dağıdılmışdı. Bizim Ağdamın indiki günündə idi. Bu bənzətmə Ağdam xarabalıqlarını görən polyak kökənli ABŞ diplomatı Metyu Brayzaya məxsusdu.1944-cü ildə Polşa Müqavimət Hərəkatının faşistlərə qarşı qaldırdığı qiyam qanda boğuldu, şəhər yerlə-yeksan edildi. Qiyamın Londonda yerləşən gizli hökumətə bağlı olması səbəbindən sovet ordusu Vislanın Şərq sahilində gözləmə mövqeyi tutdu, müdaxilə etmədi. Polyak dostların çoxu bunu Rusiyanın tarix boyu onlara etdiyi çoxsaylı zülmlərdən ən dəhşətlisi sayır.Varşava xarabalıqları Roman Polanskinin 2002-ci ildə şəkdiyi “Pianist” filmində iri planda təsvir edilib.Müharibədən sonra şəhər yenidən tikilib. Onun Stare Miasto adlanan qədim hissəsi əvvəl olduğu kimi – XVII-XVIII əsrlərin çertyojları əsasında bərpa olunub.Elə həmin yerdəcə booking.com saytından xudmani bir mənzil kirayələdim.Mənzilimizin pəncərəsi Rynek Starego Miastaya, yəni Bazar meydanına açılır. Şuşada buna oxşar yerə Bazarbaşı deyərdik. Qələbəlik bir yerdi. Çoxlu suvenirlər satılan butikləri, kafe-restoranları var.Qəsr meydanı (Plac Zamkowy) burdan bir məhəllə aşağıdadı. Kral sarayının darvazası bu meydana açılır. Darvazadan keçib sarayın həyətinə giririk. Uşaqlara iştirakçısı olduğum konfransların birində Varşava merinin burada verdiyi ziyafət haqda danışıram. Onların “İrena nənə” çağırdıqları İrena Lasotanın sonralar Polşa prezidenti olan Lex Kaçinskiylə məni tanış eləməsindən söz açıram. Onda Varşavanın meriydi. Uşaqların onun təyyarə qəzasında ölməsindən, bu haqda yazdığım “Xilas missiyalı ölüm” adlı məqaləmdən xəbərləri yoxmuş. Evə qayıdanda oxuyacaqlarını deyirlər.Kral Ziqmunt III Vasanın (eyni zamanda İsveç kralı və Böyük Litva knyazı idi) 8,5 metrlik sütun üstündəki tunc abidəsi də Qəsr meydanındadı. 1644-cü ildə tikilib. Müharibə vaxtı faşistlər vurub heykəli yerə salıbmışlar. Onu da sonra bərpa ediblər.Meydanın elə bura yaxın yerindən köhnə qala divarlarının qalıqları görünür. Divar köhnə şəhərlə təzə şəhər arasında yerləşən Barbakan (yarımdairəvi hərbi tikili) abidəsinədək uzanır. Buralar turistlərin çox gələn yeridi.Qala divarlarının qalıqları başlayan yerdə Katın faciəsi qurbanlarının şərəfinə qoyulmuş abidə var. 1939-cu ildə Polşanının şərq torpaqlarını işğal edən sovet ordusunun əsir götürdüyü polyak zabitlərinin kütləvi güllələnməsi faktını faşistlər aşkarlayır, “kommunist vəhşiliyi” deyib dünyaya car çəkirlər.Tarixə “Katın qırğını” kimi düşən faciə haqda məşhur polyak rejissor Anje Vaydanın çəkdiyi “Katın” filmində ətraflı bəhs olunur.Sonra Świętojerska küçəsində vaxtilə yəhudi gettosunun divarları keçən yerdə qoyulmuş abidə önünə gəlirik.Uşaqlar yəhudilərin tarixindən, zaman-zaman düçar olduqları talan və qırğınlarından dediklərimi həvəslə dinləyirlər, sual verirlər. “Azərbaycan yəhudilərin incidilmədiyi tək-tük ölkələrdəndi” deyib dağ yəhudilərindən də söz salıram.BİRİNCİ HAŞİYƏ – Ölüm muzeyiYəhudilərdən danışdığımız günün səhəri Krakova yollanmaqda əsas məqsədim uşaqlara Osvensim həbs düşərgəsini göstərmək idi. Almanların Auşvitz dediyi ölüm düşərgəsi Krakovdan 60 kilometr aralıdı.Muzey kompleksə üç düşərgə daxildi. Auşvitz I əvvəl düşərgə kimi istifadə olunub. Auşvitz II və Auşvitz III düşərgələri tikiləndən sonra əvvəlkini ümumi düşərgə kompleksin inzibati ərazisi ediblər.Auşvitz faşistlərin bir çox yerdə yaratdığı düşərgələrin ən böyüyüdü. Burada milyondan çox yəhudi, on minlərlə qaraçı, polyak və sovet əsiri məhv edilib.Ot tayası boyda insan saçı, qalaq-qalaq eynək, çemodan, ayaqqabı, əlil protezi adamda vəhşət duyğuları yaradır.Bəli, bura Yer kürəsinin ən vahiməli yeridi. Qaz kamerasından keçib krematoriyaya girəndə elə bilirsən milyonlarla insanın bağırtısı qulağında cingildəyir.Uşaqların üzündə əvvəllər rastlamadığım ifadə vardı. Balaca Ayanın gözlərindəki qorxu qarışıq kədəri görəndə bir anlıq onları bura gətirdiyim üçün özümü qınadım. Sonra ətrafda yüzlərlə turist arasında onlardan da kiçik uşaqlara baxdım, daha qınamadım.Səfər öncəsi Stiven Spilberqin “Şindlerin siyahısı”, Uve Bollun “Auschwitz” kimi filmlərinə birgə baxmışdıq deyə onları hazırlıqlı bilirdim. Görünür muzey daha real təəssürat yaradırmış.Qiyamlar diyarıDivar boyu gəzintini davam edirik. 1944-cü il qiyamında iştirak etmiş uşaqların xatirəsinə düzəldilən heykəlin (Pomnik Małego Powstańca) önündə dayanırıq.Uşaqlara Polşa tarixində olan qiyamlardan danışıram. 1830, 1863-cü illərdə Rusiya imperiyasına, 1944-cü ildə alman faşistlərinə, 1980-ci ildə kommunist rejiminə qarşı “Solidarnost” hərəkatından bildiklərimi deyirəm. Ötən yay Gdanskda olanda “Solidarnost” muzeyində olmuşduq, hərəkatın başladığı gəmiqayırma zavoduna getmişdik.Dolanıb Bazar meydanına gəlirik. Burda saysız-hesabsız restoran-kafenin səyyar filialı var. Baxa-baxa keçirik. Menyüsündə əsasən polyak milli yeməkləri olan “Zapiecek” kafesini seçirik.Kəmərin altını bərkidib qələbəlikdə gəzintiyə davam edirik. Axşam düşüb, şər qarışsa da heç kim evə tələsmir.Adamların sıx olduğu küçənin tinində bir dəstə gənc musiqiçi ötənlərin diqqətini çəkməyə çalışır. Yaxınlaşırıq. Yaraşıqlı qız skripkada tanış musiqi çalır. Uğura işarə edirəm ki, qoşul bunlara. Əvvəl utanır. Sonra qızdan skripkanı elə ərklə istəyir ki, sanki yüz ilin dostudu. Alıb əla bir popuri çalır.Şopenin ürəyiNövbəti günün səhəri Müqəddəs Xaç kilsəsində (Kościół Świętego Krzyża) Şopenin ürəyi gömülən sütunun yanında uşaqlara dedim ki, qəlbiylə dinləməyi bacaran kəs bu ürəyin döyüntüsünü eşidə bilər. Elə inamla söylədim ki, dediyimə az qala özüm də inandım.İyirmi yaşında Polşanı tərk edəndə bir daha qayıtmayacağı Şopenin ağlına da gəlməzdi. Qəbri Parisdə qazılan bəstəkar ürəyinin vətəndə dəfn olunmasını vəsiyyət edib. Onun ürəyini vətənə bacısı gətirib. Yerji Antçakın çəkdiyi “Şopen. Sevgi arzusu” filmində bu səhnə yaxşı təsvir edilib, baxmağı şopensevər oxuculara tövsiyyə edirəm.Kilsədə, ürəyin qoyulduğu sütunun önündə adam özünü ziyarətgahdakı kimi hiss edir. Şopen musiqisini duyub sevənlər üçün bura elə müqəddəs ziyarətgahdı. Allah evində uyuyan bəstəkar qəlbi – məbəd içində altar.Şopenin muzeyi kilsədən elə də aralı deyil. Piyada 15 dəqiqəyə Okolnik küçəsi 1 ünvanında yerləşənmuzeyə çata bilərsən. Şopenin notları, əlyazmaları, fortepianosu sanki böyük bəstəkarla canlı ünsiyyət vasitələridi.Qızım Nərgiz yaşadığımız Blekinge lənində (inzibati ərazi vahidi) keçirilən müsiqi müsabiqəsinin qalibi olanda Şopenin “Op.7 No.1” saylı mazurkasını da çalmışdı. İndi onun fortepianosuna elə maraqla baxırdı ki, elə bil, bəstəkarın özüylə danışacaqdı.Palas Kultura – mədəniyyət ironiyasıKommunist dövrünün “Palas Kultura” deyilən əzəmətli binası şəhərin mərkəzində Misir ehramı kimi durur. Eyfel qülləsi Parisin hər yanından göründüyü kimi bu nəhəng bina da Varşavanın dörd-bir tərəfindən boy verir.Polyaklar ona ağır illərin acı xatirəsi kimi baxırlar. İkinci Dünya Müharibəsindən sonra qalib kommunistlər çox ölkənin paytaxt şəhərində belə möhtəşəm binalar tikiblər. Kommunizmin əzəmətini göstərən bu binalara “Stalin göydələni” deyirdilər. Bakıda “hökumət evi” dediyimiz bina da bu silsilə tikililərdəndi.Stalin adına Elm və Mədəniyyət Sarayı kimi tikilən “Palas Kultura”dan hündür bina tikintisinə uzun illər icazə verilməyib. Yalnız kommunizm erası bitəndən sonra binanın ərtafında xeyli müasir göydələn tikildi.231 metrlik “Palas Kultura”nın 33-cü mərtəbəsində şəhərə mənzərə açılır. Turistlərin çox gəldiyi yerlərdən biridir bura.Yeri gəldi, onu da deyim ki, turistləri ən çox cəlb edən Polşa şəhəri Krakovdu.İKİNCİ HAŞİYƏ – Renesans yadigarı KrakovKrakov 1611-ci ilədək Polşanın paytaxtı olub. Onun inkişaf edib başqa məşhur Avropa şəhərləriylə yanaşı durmasında İtaliyada başlayan İbtibah dalğası əsas rol oynayıb. O dövrün məşhur italyan rəssamları, tacirləri bura axışıb və təbii olaraq özləriylə yeni mədəniyyət havası gətiriblər.Sürət qatarı Varşavadan bura iki saat yarıma gəlir. Dörd saata maşınla da yetişmək olur. Özü də əsl Avropa standartlarına cavab verən yeni magistral yolla gəlsəniz yolurmazsınız.Polyakların ən çox sevdiyi şəhər Krakovdu. Müharibədən salamat qurtulan şəhər saysız tarixi abidələrini qoruyub saxlayır. Yolunuz bura düşsə, şəhərin qədim hissəsinə – Köhnə şəhərə (Stare Miasto) mütləq baş çəkin. Bazar meydanı (Rynek Główny), Müqəddəs Məryəm kilsəsi, Barbakan qala tikilisi, xüsusilə xoşuma gələn Qumaş bazarı (Sukiennice w Krakowie) burda yerləşir. Qumaş bazarı bir suyu İstanbulun Çarşı bazarını xatırladır, amma o boyda yekə yer deyil.Krakova gəlib Vislanın Şərq sahilindəki Vavel təpəsində yerləşən, Polşanın simvollarından sayılan Vavel (Wawel) tarixi kompleksinə baş çəkməsəniz günah olar.Kral qəsri, polyak müqəddəslərinin uyuduğu neçə-neçə kilsə, Məryəm Ana rotondası (dairəvi sütunlu günbəz), qüllələr, darvazalar, bir sözlə, müxtəlif təyinatlı tarixi tikililərə baxdıqca özünü orta əsr Avropasında hiss edirsən.Varşavada barəsində uşaqlara danışdığım Polşa prezidenti Lex Kaçinski Müqəddəs Stanislav və Vatslav Kafedral kilsəsində uyuyur. Əvvəlki səfərimdə ziyarət etmişdim. Bu dəfə dini ayinlərin icra olunduğu vaxta düşdü deyə turistləri içəri buraxmadılar.HAŞİYƏ İÇİNDƏ HAŞİYƏ. Əvvəlki səfərim 2010-cu ilin iyulunda olmuşdu. Demokratiyalar İcmasının 10 illik yubileyinə gəlmişdim. Konfransda dünyanın dörd bir tərəfindən neçə-neçə ölkənin hazırkı və keçmiş lideri, dünya çaplı siyasətşünaslar, iqtisadçılar, demokratiya fədailəri iştirak edirdi. ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klintonun gənc demokratiyalara yönəlik çıxışını xatırlayıram. “Demokratiyanın yarımçıq təbəssümü” adlı yazıda o səfər haqda yazmışam. Uşaqlara bundan söz açdım, maraqlı gəldi, oturub danışmamı istədilər, bir kafeyə döndük. Demokratiya fəalı olan hər kəsə tövsiyə edirəm o məqaləni – bugün-sabah ABŞ prezidenti olacaq xanım Klintonun məni inandırmayan çağırış-çıxışından yaranan o yazını bloqumda oxuya bilərsiniz.Krakovda qalmağa yer soraqlasanız “Royal” hoteli nişan verərəm. Sadaladığım yerlərə yaxın tarixi binadı. Bu yaxınlıq qəfil leysana düşəndə dadımıza elə çatdı ki, dedim, bir də gəlsəm yenə burda yer alacam. Aşağısında da xudmani restoranı var.Rəsulzadənin ayaq izləriMəmməd Əmin Rəsulzadənin Varsavadakı unvanı – Poznanska 4. 1930-cu illərdə burada çap etdirdiyi vizit kartında bu unvan yazılıb. Tədqiqatçı dostumuz Dilqəm Əhməddən aldım bu vizit kartı.Ünvandakı bina yeni tikiliyə oxşayır, görünür müharibə vaxtı dağılıbmış. Bəlkə də yenidən nömrələmədə dəyişiklik olub. Əsas bina deyil, bu böyük insanın adı olan ünvandı.Uşaqlarla gəldik ziyarət edək və deyək ki, sən bizimsən, bizimsən, son azərbaycanlı yaşayanacan, ey böyuk insan! Sən bizim mənəvi atamız, səmt ulduzumuzsan! Sənin izin olan hər yer əzizdi bizə!Rəsulzadə mühacirət illərini sürdüyü ölkələrdə Azərbaycanı nəşr etdirdiyi qəzet, jurnal və kitablarda yaşadıb. 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitabını bu şəhərdə yaşayan dostum Hicran Əliyevada görmüşəm.İndi bu sakit küçəyə baxıram, xəyalımda o böyük insanın ayaq səslərini dinləyirəm elə bil.Budur! Yanımdan bir cüt adam keçdi, qol-qola, aramla, küçənin sükutu pozulmasın deyə pıçıltıyla danışırlar. Qulağım tək bir sözü çaldı: “Azərbaycan!” Qərib Məmməd Əmin sevgilisi Vandaya yurdundan danışırdı. Cütlük tarixin səhifəsi çevrilirmiş kimi döngəni dönüb o biri küçəyə keçdi.Mənsə xəyalımdan ayrılıb yoluma davam etdim.Visla sahilində Atillanın əsgəri Lazienki parkı Varşavanın çox sevdiyim yerlərindəndi. 76 hektar ərazini əhatə edən parkda Polşa krallarının yay rezidensiyasından tutmuş rəsədxanayacan cürbəcür tarixi abidələr var. Sonalı göllər fonunda “Roma teatrı”, “Misir qəsri”, bir-birinə bənzəməyən saraylar xüsusilə gözəl görünür.Şopenin heykəli ətrafındakı açıq konsert meydaçasında yay axşamları simfonik orkestrin ifasında dahi bəstəkarın musiqisini dinləmək şansı da qazanarsan, yolun burdan düşsə. Əvvəlki səfərlərin birində belə bir xoş təsadüfə rastlamışdım.Parkda heykəllərin sayı-hesabı yoxdu, amma biri haqda ətraflı yazmaq istəyirəm. Osmanlı ordusunu Vyana yaxınlığında durduran kral III Sobieskinin at belində heykəlini deyirəm. Atın ayaqları altında iki nəfər imdad diləyir. Başı çalmalı Osmanlı əsgəri məğlub orduya işarədi. İkinci əsgərin isə hörüklü saçı vardı.“Osmanlılar hörük saxlamırdılar, bu, Atillanın əsgəridi. Heykəli 1788-ci ildə düzəldən heykəltaraş nə demək istəyib bununla?”, – deyə uşaqlara sual verdim.Sonra parkın skamyalarının birində oturub mövzunu davam etdik.Heykəl tökülən zaman Avropada türk ruhu hələ mövcud idi, heykəltəraş bu obrazları boş yerə yaratmayıb. Osmanlılar Avropaya gələnə qədər burada hərbi və bəzi rəsmi əmrlər qədim türk dilində verilirmiş.Bəlkə də Osmanlıların buralara gəlməyi tarixi səhv olub. Onlar bununla özləri də bilmədən min il əvvəlki türk ruhunu təzələyiblər və nəticədə bu izlərin “yox edilməsinə” rəvac veriblər. Heykəltəraş kralın qələbəsi ilə qədim Hun türklərinin Avropadakı minillik nişanələrinə də son qoyulduğuna işarə edir…Kopernikin göyüzüVarşavaya uşaqlarınızla gələndə sadaladığım ünvanlara gedə bilməsəniz indi söz açacağım bu iki yerə mütləq gedin. Biri “Kopernik” Elm Mərkəzidi, o birisə “Varşava üsyanı” muzeyi. Hər iki yerdə alacağınız təəssürat uzun müddət sizi tərk etməyəcək, uşaqlarınızın isə istər bilik, istərsə də mənəvi dünyagörüşündə xoş iz buraxacaq.“Kopernik” Elm Mərkəzi nəhəng elm muzeyidi. Burda yüzlərlə interaktiv eksponat var. Cürbəcür laboratoriya ziyarətçilərin ixtiyarına verilir ki, özləri təcrübə aparsınlar. Bu muzeyə ayrıca bir yazı həsr olunmalıdı.Uzun yazmayım, bircə onu deyim ki, gəldiyiniz gün muzeyin istədiyiniz bölməsinə bilet tapmaya bilərsiniz. Odur ki, səfəröncəsi bileti muzeyin saytından almağınızı tövsiyyə edirəm. Ətraflı məlumatı bu səhifədə tapmaq olar: http://www.kopernik.org.plÜÇÜNCÜ HAŞİYƏ – Kopernikin evində…Kopernikin Varşavadan 260 kilometrlik məsafədə yerləşən Torun şəhərindəki ev muzeyi sarayı xatırladır. O dövr üçün kifayət qədər böyük olan ev zəngin tacir atasından qalıb.“Səma cisimlərinin hərəkətinə dair” kitabı ilə elmi inqilabın başlanğıcını qoymuş  Kopernikin əsərləri ölümündən uzun illər sonra qadağan olunur. Kilsə onu kafir elan edir. İnkvizisiya məhkəməsi onun elmi varislərindən biri Qalileyi ömürlük ev dustağı etsə də, Brunonu tonqalda yandırır.“Allahla söhbət eləyən” Kopernikin evində olmaq uşaqlara maraqlı gəldi. Əlbəttə, mənə də maraqlıydı, amma məni heyran edən onun əşyaları, əlyazmaları, ulduzölçən alətləridən çox bu evini 500 ildi qoruyub saxlayan bir xalqının öz tarixinə, tarixi şəxsiyyətinə verdiyi dəyər oldu.Bakının istər İçərişəhərində, istər Bayırşəhərində sökülən neçə-neçə tarixi binada nə qədər tarixi şəxsiyyətin, elm, mədəniyyət adamının ev muzeyini aça bilərdik, tariximizə, bizə tarix yazan adamlarımıza dəyər verən olsaydıq.***“Varşava üsyanı” muzeyi 1944-cü ildə alman faşistlərinə qarşı gizli hökumətin başlatdığı müqavimət hərəkatına həsr olunub. Dördmərtəbəli binada yerləşən muzeydə mindən çox foto, yüzlərlə eksponat nümayiş edilir. Muzeydə seyr etdiklərin azadlıq mücadiləsi aparan xalqın qəhrəmanlıq tarixinə işıq salmaqla yanaşı iki işğalçı dövlətin – faşizm və kommunizm kimi bəşər düşməni ideologiyaların mahiyyətini anlamağa da kömək edir.***Polşa tarixi dövlət müstəqilliyi, insan hüquq və azadlıqları uğrunda mübarizə tarixidi. Varşavaya səfər yazımı da elə bu muzeylə – “üsyan” muzeyi ilə də bitirdim.Azadlıq sözünün mahiyyətini tam dərk eləmək üçün saysız-hesabsız nümunələrlə zəngin bir ölkəyə hər bir azadlıqsevər insanı səfər etməyə həvəsləndirmək üçün yazdım bu yazını.Gəlin, görün, tanıyın!Vahid QaziAvqust 2016Karlskrona, İsveç


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler