Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azadlıq Siyasi Partiyaların Əmekdaşlıq Merkezi tedbir keçirdi

08 Kasım 2016

5:20 pm


08/11/2016 [21:18]: xeber –
Bu gün KXCP  qərargahında  “Azadlıq”  Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığıyla –  “Ölkədə insan haqlarının vəziyyəti” ilə  bağlı Dəyirmi Masa keçirilib. Dəyirmi Masada,  Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Pənah Hüseyn,  Sərdar Cəlaloğlu, Elşad Musayev, Əli Əliyev, Sərdar Əlibəyli, Aytəkin İmranlı və digərləri  çıxış edib. Çıxış edənlər, mövcud hakimiyyətin sistemli siyasəti nəticəsində ölkədə insan haqlarının vəziyyətinin  pisləşdiyini, repressiv bir rejimin sivil cəmiyyət institutlarını  sıradan çıxarmaq üçün hər bir vasitədən istifadə etdiyini bildirib. İnsan haqlarının və  azadlığının təlimatçısı kimi çıxış etməli olan hakimiyyətin heç bir  qanuna  məhəl qoymadan,  müxalifət düşüncə daşıyıcılarına total hücumu pislənib. Heykəl məhbuslarına,  Əli İnsanova, İlqar Məmmədova və dugərlərinə qarşı məhkəmələrin qeyri – qanuni repressiyasının yolverilməz olduğu bildirilib. Gözəl Bayramlıya qarşı təhdidlər pislənib.   Dəyirmi  Masa iştirakçıları –  BMT-nin İnsan Hüquqları Komitəsinin, Reportyorların Azadlığı İnstitunun Azərbaycanda İnsan Haqlarının vəziyyəti ilə bağlı hesabatlarını müdafiə etdiklərini, Azərbaycanda mövcud rejimin  həmin hesabatlarda göstərilənlərdən  daha dözülməz olduğu vurğulanıb. Dəyirmi Masa  İştirakçıları ölkədəki vəzityyətlə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəlib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler