Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azadlıq onun haqqıdır!”

08 Ekim 2016

10:52 am


08/10/2016 [14:51]: xeber –
Xəbər verdiyimiz kimi, bu
günlərdə Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Maraqlıdır,
belə bir komitənin yaradılması R.Səfərov məsələsində nəyisə dəyişə bilərmi?
Mümkündürmü ki, cəmiyyətin komitənin fəaliyyətinə verəcəyi ciddi dəstək onun
yenidən aadlığa qovuşmasına, yaxud cəzasının əhəmiyyətli dərəcədə azaldılmasına
səbəb olsun?Məsələ ilə bağlı sayt-a açıqlama verən Müzəffər Baxışov bunun tamamilə mümkün olduğunu vurğuladı: 

“Düşünürəm ki, R.Səfərova
qarşı həddindən artıq böyük bir ədalətsiz törədilib və bu da siyasi sifariş əsasında
reallaşıb. Bu sifarişin hardan, hansı mərtəbədən gəlməsindən asılı olmayaraq, mən
bütün Azərbycan ictimaiyyətini – fəhləsindən, kəndlisindən tutmuş ziyalısına
kimi hər kəsi R.Səfərovu müdafiə etməyə çağırıram.

Bəlkə də Azərbaycanda R.Səfərova
qarşı edilən ədalətsizliyi mənim qədər dərindən dərk edən ikinci bir şəxs
yoxdur. Çünki mən prokurorluq orqanlarında işləmiş bir şəxs kimi bilirəm ki,
R.Səfərovu tutduğu mövqeyə, azadfikirliliyinə görə cəzalandırmaq istəyiblər.O,
heç bir cinayət əməli törətməyib. Heç bir qanunsuz əmələ yol verməyib. Bir vətəndaş
olaraq ölkədə baş verən qanunsuzluqlara etiraz etdiyinə görə onu cəzalandırıblar.

R.Səfərovla bağlı
qanunsuz məhkəmə hökmünə qarşı cəmiyyətdə ciddi bir etiraz olsa, cəmiyyət bu
prosesə ciddi dəstək versə, onun işinə ədalətlə baxmaq məcburiyyəti qarşısında
qalacaqlar. Mən onun cəzasının azaldılmasını istəmirəm. istəyirəm ki, ona bəraət
verilsin. Çünki o, həqiqətən də heç bir cinayət törətməyib.  Azadlıq onun haqqıdır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler