Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azad qadın” heykelinin sirri  – İLK DƏFƏ

27 Ekim 2016

7:32 am


27/10/2016 [11:30]: xeber –
Azərbaycan Milli-Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri də Yaşar Türk-Azərdir. Yaşar Türk-Azər ta gənclik yaşlarından milli davanın təmənnasız, fədakar əsgəri olaraq sovetlərin ən güclü vaxtından üzü bəri tarixi proseslərə, saysız-hesabsız hadisələrə şahidlik edib. Həmçinin həmin proseslərin , hadisələrin iştirakçısı, bayraqdarı olub.  Bu il 60 yaşını tamamlayan Yaşar bəy bu taleni təmənnasız yaşayır və yaradır. sayt saytı Yaşar Türk-Azərin indiyədək heç yerdə getməyən, hamı tərəfindən maraqla qarşılanacaq xatirələrini təqdim edəcək. Yaşar bəy bizə danışdığı xatirələr haqında belə deyir: “Mənə həyatımda bir çox tanınmış insanlarla görüşmək, söhbətlərinə qulaq asmaq nəsib olub. Mən dostlarımın məsləhəti ilə həm onların, həm də öz başıma gələn olayları danışmaq qərarına gəldim. İnanıram ki, bu xatirələr oxucuları maraqlandıracaq. Çünki, onların bir çoxu tariximizin önəmli anlarıdır”.İlk olaraq Nizami metrostansiyasının ətrafında yerləşən, qətiyyətlə başındakı çadrasını atan qadının heykəlindən başlayaq. Bilənlər bilir, bilməyənlərin də nəzərinə çatdıraq ki, “Azad qadın” heykəlinin müəllifləri- heykəltaraşı F.Əbdürrəhmanov, memarı isə M.Hüseynovdur. Heykəl 1960-cı ildə Azərbaycan heykəltəraşlıq məktəbinin uğurlu nümunəsi sayılır.  Maraqlıdır, görəsən indiyə qədər bu çadralı qadının kimliyi ilə kimsə maraqlanıbmı? Müəlliflərin bu heykəli hansı qadının və ya hansı qadının fotosunun əsasında hazırladıqlarından kiminsə xəbəri varmı? Bu sualın cavabını da məhz Yaşar Türk-Azərin sayəsində öyrənmiş olduq və istədik ki, bu tarixi faktı sizlər də biləsiniz. Belə ki, el arasında Sevil adlanan “Azad Qadın” heykəli, əslində aktrisa Mərziyə Davudovanın heykəlidir.Yaşar Türk-Azərin dediklərinə görə, bu barədə məlumatı ona ilk azərbaycanlı türk fotoqraf, Maştağa sakini Cavad Axundov danışıb:“1928-ci ildə Dram Teatrosunda Cəfər Cabbarlının “Sevil” əsərinin premyerası gedirdi. Mən tamaşadan öncə baş rolun ifaçısı Mərziyə Davudovanın qrim otağına girdim. Otaqda foto aparatımı qurandan sonra aktrisadan soruşdumki, Mərziyə xanım, çadranı başınızdan necə atacaqsınız? O, həmin anı göstəmək məqsədilə əlini çadraya atanda, mən də aparatın düyməsini basdım. Və həmin anı fotoaparatımın yaddaşına həkk etdim. Bilirdim ki, bütün şəkillər ekspromt olanda daha uğurlu alınır. Sonralar həmin fotoşəkilin əsasında, heykəltəraş Fuad Əbdürrəhmanov “Azad Qadın” heykəlini yaratdı”.Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler