Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azad Demokratlar Partiyası Ali Meclisi beyanat yaydı

28 Temmuz 2016

5:24 pm


28/07/2016 [21:23]: xeber –
Azad Demokratlar
Partiyasının Ali Məclisi bəyanat yayıb. sayt-a daxil olan bəyanatda
deyilir:

“Əziz həmvətənlər, hörmətli
xanımlar və bəylər! Yeni dünya nizamı quruculuğu prosesi gedən dünyamızda,
qonşu regionlarda, eyni zamanda postsovet məkanında, həmçinin C.Qafqaz və Xəzər
regionunda geopolitik qarşıdurma Ukrayna böhranı sonrası həlledici mərhələyə
daxil olub. Çünki, Ukrayna ABŞ və AB üçün Yeni Avropa təhlükəsizlik sisteminin
məhək daşı, Rusiya üçünsə imperiyanın tarixi legitimlik əsasıdır.

Yer kürəsinin ana quru
sahəsi olan Afro-Avrasiyadan keçən əsas geopolitik sınma xətlərindən üçü-
Baltik-Qara dəniz, GUAM və M.Asiya xətləri (II “yaşıl” xət) məhz Azərbaycanın
da yerləşdiyi postsovet məkanından keçdiyindən, eyni zamanda geopolitik
qarşıdurma tərəflərindən birinin lideri olan Rusiya bu məkanda olduğundan
qarşıdurma burada daha kəskin xarakter almışdır.

Onu da qeyd edək ki,
Afro-Avrasiyanın- Məqribdən başlayıb Hindistanadək uzanan və dərinləşməkdə
davam edən- I “yaşıl” sınma xətti də Azərbaycanın da aid olduğu müsəlman coğrafi-mədəni
məkanından keçir və ölkəmiz bu xətt üzərində baş verən çoxsaylı böhran, münaqişə
və müharibələrdən də təsirlənməkdədir.

Azərbaycanın mürəkkəb
coğrafiyada yerləşməsi, geopolitik, geostrateji, geoekonomik və geokultural
mövqeyinin mürəkkəb və həssas olması, müharibə vəziyyətində, torpaqlarının bir
hissəsinin işğal altında olması, yeni dünya nizamı quruculuğu prosesinin
getdiyi və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir
zamanda hələ də strateji seçim etməməsi onu daha həssas və xarici təsirlərə
daha açıq hala gətirməkdədi.

04 iyun 1993-cü ildə Azərbaycan
Respublikasında, daxildə birləşmiş hərbi və siyasi müxalifətin birgə səyləri,
xaricdən də neoimperialist Rusiyanın və 
teokratik İranın dəstəyi ilə, baş tutan hərbi qiyam nəticəsində ilk
demokratik hakimiyyətin devrilməsi ilə hakimiyyətə gələn qüvvələrin ölkəmizdə
antidemokratik, avtoritar siyasi rejim qurması, yenicə demokratik inkişaf
yoluna çıxan ölkəmizi öz yolundan zorla döndərməsi, onu öncə siyasi və iqtisadi
baxımdan qismən azad olan, 2003-cü ildən sonra isə azad olmayan ölkələr səviyyəsinə
salması müstəqilliyini yenicə bərpa etmiş milli dövlətimiz ətrafında yaranmış əlverişsiz-
risk, çağırış və təhdidlərlə dolu olan- 
regional və beynəlxalq əhatəni daha əlverişsiz hala gətirmişdir.

Kütləvi repressiyaya məruz
qalan siyasi müxalifətin əzilməsi, parçalanması və satın alınması, eyni qayda
ilə müstəqil KİV-in, vətəndaş cəmiyyətinin, demokratik fikirli ziyalı təbəqəsinin
sıradan çıxarılması, bütün seçkilərin kütləvi şəkildə saxtalaşdırılması və
milli iradənin zorlanması yolu ilə xalqın sovet dövründə olduğu kimi siyasi səhnədən
uzaqlaşdırılması, eyni zamanda siyasi və iqtisadi hakimiyyətin bir əldə cəmlənməsi,
avtoritar kriminal-korrupsioner rejimin qurulması və gizli iqtisadiyyatın çiçəklənməsi
isə ölkə daxilindəki mövcud sosial-siyasi sınma xətlərini dərinləşdirmiş və
yeni sınmalara səbəb olmuşdur.

Qeyd edildiyi kimi, mürəkkəb
və həssas coğrafi mövqeyi və əlverişsiz əhatəsi olan, geopolitik cəbhə xəttində
yerləşən və hələ də strateji seçim etməyən Azərbaycanda hazırda hakimiyyət-müxalifət,
hakimiyyət-vətəndaş cəmiyyəti, hakimiyyət-müstəqil media kimi siyasi və ictimai
sınma xətləri, milli gəlirin çox ədalətsiz bölgüsündən qaynaqlanan bir ovuc
varlı-zəif (“sısqa”) orta təbəqə-kütləvi yoxsullar təbəqəsi kimi dərin sosial
sınma xətləri, tayfabazlığa və regionçuluğa dayanan milli sınma xətləri, eyni
zamanda süni şəkildə yaradılan etnik və dini zəminli çoxsaylı daxili sınma xətləri
mövcuddur.

Azərbaycan
Respublikasında 2014-cü ildən başlayan, 2015-ci ilin fevral ayından isə açıq şəkil
alan maliyyə-iqtisadi böhran, öncə ölkədəki, maliyyə və milli təhlükəsizlik
sistemi başda olmaqla, idarəçilik sistemi böhranını, ardınca da (21 dekabr
2016-cı il sonrası) sosial-iqtisad böhranı və sosial-siyasi böhranın ilk əlamətlərini
üzə çıxardı. Beləliklə də, böhran qısa zaman ərzində sistem xarakteri almış
oldu.

Əziz həmvətənlər, hörmətli
xanımlar və bəylər! Göründüyü kimi Azərbaycan üzərində də bir kabus
dolaşmaqdadır. Milli birliyə və həmrəyliyə böyük ehtiyacın yarandığı belə bir
dövrdə Azərbaycan hakimiyyəti dünyada, regionda, eyni zamanda ölkə ətrafında və
daxilində yaranmış və dinamik inkişafda olan, milli təhlükəsizliyimiz
baxımından əlverişsiz və qəbuledilməz olan bu durumu nəzərə alaraq müxalifəti,
vətəndaş vəmiyyəti, ziyalıları, mediyası başda olmaqla bütün cəmiyyətlə
gecikmiş də olsa həqiqi dialoqa getmək, vaxt itirmədən ölkədə geniş (siyasi,
iqtisadi, sosial, hüquqi, təhlükəsizlik və hərbi) demokratik islahatlara
başlamaq, 15 iyul 2016-cı ildə qardaş Türkiyəyə edilən strateji hücumdan, onun
hərbi xuntanın əli ilə, uğursuz da olsa, daxildən vurulmasından və ağır nəticələri
olan bu təhlükəli hadisənin ilkin ibrətamiz nəticələrindən, o cümlədən hakimiyyətin
həqiqi mənbəyinin də, hakimiyyətin və dövlətin əsas qoruyucusunun da məhz millət
olduğundan lazımı dərs almaq, milli birliyi təmin etmək yerinə, çox təəssüf ki,
Ukrayna və Suriya böhranlarından sonra olduğu kimi, yenə də paradoksal nəticələr
çıxarmış, təlaş içində, tələm-tələsik öz hakimiyyətini qeyri-demokratik yolla
daha da uzatmaq və möhkəmləndirmək fikrinə düşmüşdür. Demokratiyalarda hakimiyyətin
yeganə mənbəyinin millət olduğu, hakimiyyətin zamanla və səlahiyyətcə məhdudlaşdırıldığı,
onu möhkəmləndirməyin ən doğru yolunun isə özünə deyil, məhz milli maraqlara- vətəndaşa,
millətə və dövlətə xidmət olduğu isə, çox təəssüf ki, unudulmuşdur.

18 iyul 2016-cı ildə-
Türkiyə böhranından cəmi üç gün sonra prezident İlham Əliyevin, prezidentlik müddətinin 7
ilədək uzadılmasını və prezidentə parlamenti buraxma səlahiyyətinin verilməsini
nəzərdə tutan, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya
Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalaması, 25 iyul 2016-cı il
tarixdə AR Konstitusiya Məhkəməsi Plenumunun ona gözlənildiyi kimi müsbət rəy
verməsi və elə bunun səhəri günü 26 sentyabr 2016-cı ildə referendumun
keçirilməsi haqqında prezident sərəncamının verilməsi bir daha hakim siyasi
elitanın qəflət yuxusunda olduğunu, dünyada, regionda və ölkəmizdə nələrin baş
verdiyini düzgün analiz edə və qiymətləndirə bilmədiyini, bu səbəbdən də baş
verənlərə adekvat reaksiya verə bilmədiyini göstərməkdədi.

Azad
Demokratlar Partiyasının Ali Məclisi dünyada, regionda və ölkəmizdə yaranmış
mövcud vəziyyəti və onun başlıca inkişaf meyllərini nəzərə alaraq hakimiyyəti
faktiki olaraq konstitusiyalı monarxiyanın yaradılması istiqamətində addım
atmamağa, ölkəmizin dinc, demokratik inkişaf yollarını qapatmamağa, ümumi böhran
fonunda onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti kəskinləşdirməməyə,
təcili olaraq bu siyasi kampaniyanı dayandırmağa, eyni zamanda cəmiyyətin bütün
təbəqələri ilə açıq və həqiqi dialoqa başlamağa, ölkəmizdə geçikmiş də olsa
geniş demokratik islahatlar aparmağa, demokratik, azad və ədalətli seçkilərin
keçirilməsini təmin etməyə, daxili sınma xətlərini “təmir və bərpa etmə”yə və
milli birliyə nail olmağa, eyni zamanda ölkəmiz ətrafında nisbətən əlverişli
beynəlxalq və regional əhatənin yaradılması üçün təxirəsalınmaz addımlar
atmağa, sürətlə yaxınlaşan təhlükələrin- artan xarici risk, çağırış və
təhdidlərin səmərəli şəkildə önlənməsi üçün önləyici tədbirlər görməyə çağırır.

AzDP Ali
Məclisi eyni zamanda bəyan edir ki, bu siyasi inkişaf yolunu seçəcəyi,
demokratik strateji seçim edəcəyi, demokratik inkişaf, milli birliyin
yaradılması və azad dünyaya inteqrasiya yolu tutacağı, eyni zamanda sürətlə
yaxınlaşan təhlükələrin səmərəli şəkildə önlənməsi üçün önləyici tədbirlər
görəcəyi halda partiyamız, müxalifətdə olmasına rəğmən, hakimiyyətin bu
strateji siyasi kursunu dəstəkləyəcək, eyni zamanda ölkənin bütün demokratik
qüvvələrini də milli maraqlarımıza cavab verən bu strateji inkişaf xəttinə
dəstək verməyə çağıracaq.

Azərbaycanın
bütün demokratik qüvvələri, müxalifəti, vətəndaş cəmiyyəti, müstəqil və
yarım-müstəqil mediası və ziyalıları oyanmalı və xalqa da nə baş verdiyini,
millətimizi və dövlətimizi nələrin gözlədiyini anlatmalı, hakimiyyəti girdiyi
bu yalnış yoldan döndərmək üçün təsirli ictimai-siyasi təzyiq təşkil etməlidi.

Azərbaycan
xalqı ayıq olmalı, sistem böhranına girən, xarici təsirlərə də açıq və həssas
olan ölkəmizin xaosa sürüklənməsinə, dövlətimizin “suriyalaşma”sına və
uğursuzluğa düçar olmasına imkan verməməlidi.

Əziz həmvətənlər! Azərbaycan hamımızın
vətəni, Azərbaycan Respublikası hamımızın dövlətidi. Onu yalnız millət olaraq
birlikdə qoruya bilərik.

 Azad Demokratlar Partiyasının Ali Məclisi
bütün Azərbaycan xalqını birliyə, öz dövlətinə, hakimiyyətinə və gələcəyinə
sahib çıxmağa çağırır.

Tanrı
Azərbaycanı, millətimizi və dövlətimizi qorusun. Amin”.

 

Bakı şəhəri

28 iyul 2016-cı il.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler