Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aygün ve Röya ile barışdı…

21 Haziran 2016

6:24 am


21/06/2016 [10:20]: xeber –
Müğənni Elton Hüseynəliyev küsülü olduğu xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla barışıb.sayt  bildirir ki, sənətçi “ATV maqazin onlarla” verilişində barışıq addımını özünün atdığını deyib: E.Hüseynəliyev Aygün Kazımovaya qarşı yanlışlıq etdiyini etiraf edib:”Onlar ölkənin iki ən böyük ulduzlarıdır. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Aygün xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi. Düşündüm ki, küsülü qalmayaq. Gözəl anlarımız, dostluğumuz olub. Divamızdır, xətrini çox istəyirəm”.E.Hüseynəliyev R.Ayxanı “əməkdar artist” adı alması münasibətiylə təbrik etdiyini bildirib: “Bir toyda idik, onu təqdim etdim. “Əməkdar artist” adı alandan sonra istəyirdim təbrik edim, fürsət tapmırdım. Toy məclisində bir araya gəldik, onu təqdim etdim: “İndi isə hamının sevimlisi, mahnıları dillər əzbəri olan, respublikanın əməkdar artisti gəlir”. Çıxdı səhnəyə, “Eltona təşəkkür edirəm” dedi və barışdıq. Allah şeytana lənət etsin”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler