Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aygün Avropanı feth edecek

15 Ağustos 2016

1:12 pm


15/08/2016 [17:10]: xeber –
Xalq artisti Aygün Kazımova avqustun 27-i Almaniyada keçiriləcək “DAF BAMA Müzik Avards 2016” mükafatlandırma mərasiminə hazırlaşır. Axar.az xəbər verir ki, Aygün Kazımova Avropanın ən yaxşı arenaları siyahısına düşən “Barkleykard”ın səhnəsində çıxış etmək üçün komandası ilə hazırlıq işlərinə başlayıb. Bu günə qədər sözügedən arenada Adel, Stinq, Rihanna, Kris Braun kimi dünya ulduzları konsert proqramı ilə çıxış edib. Aygün Kazımova bu beynəlxalq mükafatlandırma mərasiminə dəvət alan ilk azərbaycanlı sənətçidir. Qeyd edək ki, xalq artisti Aygün Kazımova məşhur “Daf Bama Müzik Avards 2016” musiqi mükafatına “Ən yaxşı azərbaycanlı xanım ifaçı”, “İlin ən yaxşı sənətçisi” nominasiyalarında namizəd göstərilib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler