Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aydın Əliyev vetendaşlarla görüşecek

24 Ekim 2016

7:48 am


24/10/2016 [11:46]: xeber –
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 28-də saat 10:30-da Balakən şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti 42) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların – Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 27-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: ((024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler