Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ayasofyada azan oxundu –85 il sonra+VİDEO

02 Temmuz 2016

10:24 am


02/07/2016 [14:20]: xeber –
Ayasofyada Diyanət İşləri naziri Mehmet Görmezin iştirak etdiyi Qədr gecəsinin davamında 85 ildən sonra sübh azanı oxunub.Türkiyə mediası xəbər verir ki, Ayasofya muzeyində təşkil edilən proqrama Diyanət İşləri naziri Mehmet Görmez, Ankara Universitetinin İlahiyyat fakultəsinin müəllim və müəzzini Fatih Kocanın yanında Beynəlxalq Qurani-Kərim oxuma yarışmalarında dərəcə qazanan həfizlər də qatılıb. Əvvəlcə hafizlər Qurani-Kərim və ilahilər oxuyub, daha sonra İstanbulun müftisi Rahmi Yaran tərəfindən dua edilib.Görmez, çıxışına İslam aləminin mübarək Qədr Gecəsini təbrik edərək başlayıb. Min aydan daha xeyirli olan Qədr gecəsini dərk etmənin qürurunu yaşadığını bildirən Görmez, bunları qeyd edib:“Uca Rəbbimiz millətimizin qüdrətini yüksəltsin. İslamı aləminə ən qısa zamanda uca bir ümmət olmağı nəsib etsin. Rəbbimiz bizlərə Qədr Gecəsinə Quranda müstəqil bir surə təsis edib. O gecə ilə bağlı söylənə biləcək ilk və son sözü mütləq sözün sahibi rəbbimiz söyləyib. “Biz o Qurani-Kərimi Qədr Gecəsində endirdik” buyurur. Bu ayə bizə Qədr Gecəsinin fəzilətini gecənin qaranlığında deyil, o gecənin bizə gətirdiyi kitabda axtarmağımızın lazım olduğunu ifadə edir. Biz bəzən Qurani-Kərimi ikinci planda tutaraq gecəni saxlayırıq. Yaxud da ramazanı birinci plana alaraq Qurani ikinci planda tuturuq. Ramazanı ramazan edən Qurandır. Qədr gecəsini qədr gecəsi edən də Qurani-Kərimdir”.“Qətl edilən sadəcə canlarımız deyil, İslamın insanlığa gətirdiyi uca dəyərlərdir…”Atatürk Havalimanında yaşanan terror hücumunu İslam dininə açılmış bir müharibə olaraq xarakterizə edən Görmez, “Qətlə yetirilən sadəcə canlarımız deyil, eyni zamanda İslamın insanlığa gətirdiyi uca dəyərlərdi. 3 gün əvvəl hər birimiz canımızdan vurulduq” deyə çıxış edib.Görmez, Ramazan ayı ərzində Cənabı-Haqqın rəhmət və məğfirətini üzərimizə yağdırdığı bir zaman axarında belə bir hadisənin yaşanmasının dəhşərverici olduğunu vurğulayaraq bunları dilə gətirdi:“Qədr Gecəsindən əvvəl, bir iftar vaxtından sonra bayramın sevinci və kölgəsinin üzərimizə düşdüyü bir zamanda bu necə bir ideologiyadır ki, havalimanında onlarla insanı vəhşicəsinə qətlə yetirə bilirlər?! Onları öldürərkən özünü də öldürür. Bayramın bayramlığını geyinmək müjdəsi içində olan uşaqlar, o bayramlıqlarını geyinmədən ağ kəfənlərə sarılaraq əbədiyyətə yola salınırlar. Bu vəhşiliyi, Yer üzündə həşəratlara qarşışəfqəli və mərhəmətli olmağı əmr edən bir dinin mənsubu necə dindən istinad aldığını iddia  edərək belə bir şey edir? Əlbəttə, bunların səbəblərini dində axtarmaq gərəksizdir. Bunu hər birimiz bilirik. Bu hadisələr, xüsusilə yarandığının, yaradılışın məqəsədini itirən, heçlik düşüncəsinə qapılan, həqiqətsizlik və amalsızlıq girdabına girmiş bəzi nihilist ideologiyaların ortaya qoyduğu cinnətlərdir”.Ayasofyada 85 ildən sonra azan oxundu…Ayasofyada keçirilən Qədr Gecəsindən sonra bir ilk yaşanıb. 85 ildən sonra Ayasofya muzeyində Ankara Universitetinin İlhaliyyat fakultəsinin müəllim və müəzzini Fatih Koca tərəfindən sübh azanı oxunub.Təşkil olunan proqram azanın oxunmasından sonra başa çatıb.(Din.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler