Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ayağımı emeliyyat etdiler, yaranı kesdiler” – Əli Mireliyev

06 Temmuz 2016

10:32 am


06/07/2016 [14:31]: xeber –
sayta müğənni Əli Mirəliyevin səhhətində ciddi problem yarandığı ilə bağlı məlumat daxil olub. Məlumatda o da qeyd olunur ki, müğənni hətta Amerikaya gedərək müayinədən keçib və hazırda ciddi müalicə olunur.

Daxil olan məlumatı dəqiqləşdirmək üçün Əli Mirəliyevin özü ilə əlaqə saxladıq. Əli Mirəliyev bildirdi
ki, xarici ölkəyə özü yox, oğlu gedib:“Xaricə özüm
getməmişəm, bu yaxınlarda oğlumu ABŞ-ın Kaliforniya ştatına yola salmışam. Özüm
indi Bakıdayam, Mərdəkandakı evimdəyəm. Səhhətimdə hazırda heç bir problem
yoxdur. Ancaq bir qədər əvvəl ayağıma küt alət batmışdı. Həkim ayağımın altını
əməliyyat elədi, yaranı kəsdi, içərisin təmizlədi. O mənə bir qədər əziyyət
verdi, rahat gəzə bilmirdim, axsayırdım. Ona görə də evdən bayıra çıxmırdım. Şükür
indi yaxşıyam, normal gəzirəm”.

Müğənni efirlərdə görünməməyinin səbəbini də
açıqlayıb: “Kimin üçün
oxuyum axı, hansı efir üçün oxuyum? İndi efirlərdə aləm qarışıb bir-birinə. Dünyada
gedən siyasi proseslər efirlərə də təsir edib. Efirlərdəkilər başların
itiriblər. Heç müğənnilər də verilişlərə gəlmir. Müğənnilər efirlərə toya görə
gəlirdilər, indi toy yoxdur deyə efirə də çıxmırlar. Amma mən toy oxuyanı yox,
efir oxuyanı olmuşam. Yenə də efir oxuyanı olaraq qalıram. Mən toy bazrına
işləyən müğənni deyiləm ki, onlar kimi bir dənə geydirmə mahnı yazdıram, özümü
o kanaldan, bu kanala vuram. Zurnadan, zaqsan, toydan gic-gic mahnılar oxuyurlar.
Mən onlardan deyiləm, professional müğənniyəm, xalqımın ziyalılarının düşünülmüş
sözlərinə yazılmış əsərlər oxuyuram. İslam Səfərli, Zeynal Cabbarzadə, Cabir
Novruz kimi ziyalılarımızın sözlərinə müraciət edirəm. İndikilər bilmir ki, nə
yazdırıblar, sözlər kimindi, musiqini kim yazıb. İndi sənət meydanı bazara
çevrilib və mən də bu bazara girmirəm. Nə zaman bizim xalqımızda, dövlətimizdə
saflıq, paklıq olar, həqiqətən də Üzeyir Hacıbəyov musiqisinə ehtiyac olarsa,
mən orada hər zaman varam. Səməd Səmədov, Aygün Kazımova, Faiq Ağayev, Baloğlan
Əşrəfov kimi N qədər oxuyan var. Amma bunlar Azərbaycan musiqisini yox, Orta
Asiya, Şərq musiqisini təbliğ edirlər. Bunu deməkdən də yorulmuşam. Ona görə də
mən bütün efirlərə də, rəhbərlərinə də musiqinin başında dayananlara da
müraciət etmişəm ki, bu bazarı bağlasınlar. Bu bazarda Üzeyir Mehdizadələr
əmələ gəldi. Üzeyir Hacıbəyovun qoyduğu yolu Üzeyir Mehdizadə bitirdi. Örnəklərimizi,
dəyərlərimizi, böyüyə-kiçiyə, musiqimizə, valideynlərimizə hörməti itirdik,
övlad valideyn, valideyn də övlad qatilinə çevrildi. Bəlamız da budur,
torpaqlarımızı, adət-ənənələrimizi itirməyimizin kökündə də bu səbəblər dayanır”.

Ə.Mirəliyev fürsətdən istifadə edərək  müqəddəs Ramazan bayramı münasibətilə xalqımıza arzularını da çatdırıb: “Arzu edirəm
ki, qeyrətli, namuslu olaq. Yaşlı, cavan, kişi, qadın, hər birimizin namusumuzu,
qeyrətimizi qorumalıyıq. Siyasi işlərə qarışmıram, siyasət yixarıdakıların
işidir. Biz bir-birimizin ayağını tapdalaamyaq, xeyrimizə olan sözlər deyək,
səhvlərimizi deyək, doğru yol göstərək. ancaq belə olan təqdirdə biz
düzələcəyik, yoxsa ki, yalandan bir-birini tərifləməklə iş bitmir. Bu əziz
gündə hər kəsdən xahiş edirəm ki, bir-birimizin çatışmayan cəhətlərimizi üzümüzə
deyək. Sözün yaxşı mənasında çaşanları, yolundan azanları, içki aludəçilərini
düzgün yola dəvət edək. Evlərin yıxmayaq, onları ayıldıb, başa salaq ki, getdikləri
yol onları bataqlığa aparır. Ağsaqqallarımızdan xahiş edirəm, Arif Babayevdən,
Əlibaba Məmmədovdan, Canəli Əkbərovdan, musiqidəki ağsaqqallarımızdan xahiş
edirəm ki, cavanları, indiki oxuyanları yalandan tərif etməsinlər. Əksinə,
onları başa salsınlar ki, üzərilərində daha çox işləsinlər, daha artıq çalışsınlar.
Belə olarsa, bu gün 3 milyon oxuyan musiqimizi korlamaqla məşğul olmaz”. Zəhra




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler