Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ay “Lancet”, senin keçirdiyin sorğunun…”

21 Ekim 2016

9:28 am


21/10/2016 [13:24]: xeber –
“Ay Lancet, mən sənin keçirdiyin sorğulara inanmıram və dünyanın ən sağlam ölkələrini də düzgün seçməmisən”.Bunu sayta açıqlamasında  Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov məşhur “Lancet” jurnalının müəyyən etdiyi “Dünyanın ən sağlam ölkələri”nin siyahısı haqqında danışarkən bildirib.R.Mahmudov daha sonra bunları deyib:“Lancet jurnalının , ümumiyyətlə xristian dünyasının keçirdiyi heç bir sorğuya inanmıram, heç qəbul  belə etmirəm. Onlara inanan varsa da, daha onlara sözüm yoxdur. Birmənalı şəkildə bilməliyik ki, xristian ölkələrinin bizə, islam ölkələrinə münasibəti qərəzlidir, birtərəflidir. 2011-2012-ci illərdə demişdirm, indi də təkrar edirəm ki, Azərbaycanla Türkiyə özünü nə qədər öldürsə də xristian dünyası bizi qəbul etməyəcək. Buraya istər Avrovisiya, istər Asiyavisiya, istər Afrikavisiya, istər ralli, nə gətirisən gətir, amma xeyri yoxdur. Xaçpərəstlərin birliyi, xristian dünyası bizi heç cür qəbul etməyəcək! Uğurlarımızı görməzlikdən gələcəklər, etdiyimiz yaxşı işləri də pis kimi qələmə verəcəklər. Xristian dünyası ancaq özlərini, xristian ölkələrini qabardıb yüksəkdə tutur. Xristian dünyasının islamafobiyası var, bizim nə dinimizi, nə özümüzü qəbul etmirlər. Bizi terrorçu kimi qəbul edirlər və bu cür də qələmə verirlər. Sağlam ölkələrin siyahısını da tərtib edəndə bilinmir ki, heç hansı kriteriyaları nəzərə alıblar. Əgər ekologiyasına görədirsə, bizim ekalogiyamıızn nəyi xarabdır ki?!”Xatırladaq ki, dünyaca məşhur Lancet tibb jurnalında dünyanın ən sağlam ölkələrinin siyahısı təqdim olunub. 100 ballıq qiymətləndirmə sistemi ilə müəyyən edilmiş siyahıda son 3 yeri  58 balla Türkiyə, İran və Səudiyyə Ərəbistanı dayanıb. Ermənistan isə 61 bal qazanaraq Türkiyəni 4 pillə üstələyib. Azərbaycan isə həmin siyahıda sonuncu pilləyə olsa belə layiq görülməyib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler