Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ay eriznde bu qeder bazarlıq edirik – STATİSTİKA

15 Ağustos 2016

11:12 am


15/08/2016 [15:10]: xeber –
2016-cı ilin I yarımilində son istehlak xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 14.4% artıb. sayt Mərkəzi Banka istinadən xəbər verir ki, istehlak xərclərinin real artım tempi isə 3.5% təşkil edib. Son istehlak xərclərinin nominal həcmi 16.8 mlrd. manat olub. Bu da ev təsərrüfatlarının gəlirlərinin 78.2%-i deməkdir.  Dövr ərzində hər bir istehlakçı orta hesabla ayda 307.3 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 32.9 manat çox əmtəə alıb. Eləcə də pullu xidmətlərdən istifadə edib. Yarımil ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılan əmtəə və xidmətlərin həcmi 1.8% artaraq 17.7 mlrd. manat təşkil edib. Pərakəndə ticarət dövriyyəsinin həcmi 1.9% artaraq 13.8 mlrd. manat olub. Qeyri-ərzaq məhsulları üzrə pərakəndə əmtəə dövriyyəsi 7 mlrd. manat təşkil edib. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49.2%-i qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler