Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Axundova müdir teyin edildi

21 Ekim 2016

2:56 pm


21/10/2016 [18:55]: xeber –
Tarix İnstitutunda Elmi Şuranın iclası keçirilib. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, noyabrın 10-11-də Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda keçiriləcək elmi konfransda tarixçi-alimlərin məruzələrinin mövzuları konkretləşdirilib.İclasda institutda Beynəlxalq əlaqələr şöbəsinin yaradılması, “tarix.gov.az” portalının yenilənməsi, institutda Vikipediya işinin nizama salınması haqqında qərar verilib. Eyni zamanda, Tarix İnstitutunun son nəşrlərinin pdf versiyası kütləvi istifadə üçün portalda yerləşdiriləcək.Elmi Şuranın qərarı ilə yeni yaradılan Beynəlxalq əlaqələr şöbəsinə institutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi Nərgiz Axundova müdir təyin olunub.İnstitutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin elmi işçisi Lamiyə Qafarzadəyə isə Vikipediyada Azərbaycan tarixi ilə bağlı materialların izlənilməsi, Azərbaycan tarixinə və tarixi şəxsiyyətlərə qarşı təxribatlara operativ cavab yazılması işi həvalə olunub.Elmi Şuranın iclasından sonra Tarix İnstitutunun II Azərbaycan Elm Festivalında iştirakı üzrə təşkilat komitəsinin geniş iclası keçirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler