Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Axundov bağı” elden gedir – Sehiyye nazirliyinden siçovullara şad xeber…

06 Temmuz 2016

7:24 am


06/07/2016 [11:21]: xeber –
Cəmiyyətdə hamının tanıdığı məşhur oxucularımızdan biri sayt – a qəribə bir məlumat verib.Oxucumuz deyir ki, yaşadıqları Səbail rayonunun  “Axundov bağı adlanan ərazisində sözün həqiqi mənasında siçovulların əlində aciz qalıblar. Mənzillərinə, həyət-bacalarına qənim kəsilən bu murdar heyvanlar onların bütün rahatlıqlarını əllərindən alıb. İşin ən acınacaqlısı da budur ki, üz tutduqları Səhiyyə Nazirliyindən də heyrətamiz cavab alıblar. Adının çəkilməsini istəməyən nazirlik rəsmisi ümumiyyətlə paytaxtın köhnə məhəllələrinə qənim kəsilən bu gəmiricilərlə mübarizədə aciz qaldıqlarını etiraf edib. Bu cavabdan qəzəblənən sakinlər deyiblər ki, onda məsələni ictimailəşdirəcəklər. Maraqlıdır ki, bu cavab nazirlik rəsmisinin lap ürəyincə olub və bildirib ki, elə o da bunu demək istəyib, ancaq ürək etməyib deməyə. Yəni  nazirlik rəsmisi də yeganə çıxış yolunun problemin mətbuatda işıqlandırılmasından keçdiyini etiraf edib və deyib ki, elə onun özü də siçovullara çoxdan təslim olub, evdə də arvad-uşaq yanında üzü qaradır bu üzdən…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler