Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Axşamdan sehere qeder Fetullah Gülenle mübahise etdim” – Firudin Celilov

01 Ağustos 2016

12:36 pm


01/08/2016 [16:32]: xeber –
sayt sabiq
təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilovla müsahibəni təqdim
edir:

– Firudin müəllim, Türkiyədə baş verən son
dövlət çevrilişi cəhdini necə qiymətləndirirsiniz?- Çox pis. Düzdür, hadisələri sistemli
formada təqib etmirəm, lakin, əsasən, yerli və türk kanalları vasitəsilə baş
verənləri izləyirəm. Qardaş ölkədə baş verənlər və müşayiət etdiyimiz hadisələr
o qədər də xoşagələn deyil. Çünki bu, nə hərbi çevriliş, nə də bir qrup adamın
prezidenti fiziki cəhətdən məhv etməsi istəyidir. Fikrimcə,daha dərin bir məsələdir.

 

– Nəyi nəzərdə tutursunuz?- Liviyanı, Suriyanı, İraqı nə günə
saldılarsa, Türkiyəni də bu vəziyyətə salmaq istəyirdilər. Plan bundan ibarət
idi. Bu plan 30 ildən çoxdur işlənir. Bu planın başında da “camaat” deyilən şəbəkə
və onun arxasında duran güclər var. Təsəvvür edin ki, bir gənci orta məktəbdən
götürüb hərbi liseyə atmaq, oradan hərbi akademiyaya istiqamətləndirmək,
buradan da hərbi sistemə göndərmək və general rütbəsinə çatdırmaq üçün neçə illər
lazımdır. İndi görün bunlar neçə illərdir ki, bu prosesi aparıblar. Lakin bir məqam
da var, türk xalqı vətənini və dövlətini sevən xalqdır. Xalq da iyulun 15-də küçələrə
çıxdı və çevrilişin qarşısını aldı. Son ayların maraqlı məqam o oldu ki, xarici
qüvvələrlə daxildəki satqınlar birləşərək çevriliş etmək istədi və türk xalqı
küçələrə çıxaraq ortaya iradə qoydu və bu planın qarşısını aldı.

 

–  Deyirsiniz ki, Türkiyəni Suriyanın, İraqın,
Liviyanın gününə salmaq istəyirdilər. Bəs, bu ağır prosesi “Hizmət” hərəkatının
rəhbəri Gülən həyata keçirə bilərdimi?- Bu, ancaq Gülən məsələsi deyil. Fətullah
Güləni yetişdirən, onun arxasında olan şəbəkə, qurulan mafiya sistemi var.
Hansı ölkədə ki, Gülən şəbəkəsinin məqsədini anlayırlar, həmin ölkələrdə bu şəbəkəni
qovurlar. Bu proses davam edəcək. Türkiyə isə uzun illər sanki yuxu içində
olub. Təsəvvür edin ki, bu şəbəkə məhz hökumət adamlarının vasitəsilə özlərinə
yaxın şəxsləri mühüm postlara gətiriblər. Orduda, prokurorluqda, təhsil
sistemində bu şəbəkə ciddi formalaşıb. Və dövlət içində bir dövlət olub. Sadəcə
prezident Ərdoğanı aradan götürməklə bu prosesi başa çatdıracaqdılar. Lakin bu
planları baş tutmadı və türk xalqının iradəsini qarşılarında gördülər.

 

– Siz təhsil naziri işlədiyiniz dövrdə Gülən
məktəblərini ölkəyə buraxmamısınız və hətta sizdən şikayətçi də olublar. Bu
hadisələri necə xatırlayırsınız?-  Həmin dövrdə bunlar “nurçular”
adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını
dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni
aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə
buraxmadım. Sonra gedib məndən prezidentə şikayət etdilər. Hətta üstümə
dost-tanışlarımı göndərirdilər. Lakin mən geri çəkilmədim. Hətta bu mövzuda Fətulla
Gülənlə mübahisə etdim.

 

– Bu mübahisəniz necə baş verdi?

–    Bəli, mən Fətullah Gülənlə axşam
saatlarından səhərə qədər mübahisə etmişəm. Görüş haqda təklif də Güləndən gəlmişdi.

 

– Ətraflı danışa bilərsinizmi?- Biz Ankarada səfərdə idik. Fətullah Güləndən
təklif gəldi ki, görüşüb müzakirələr aparaq. Mən də bilirdim ki, bu görüşə tək
getsəm, bunu Türkiyə və Azərbaycanda əleyhimə istifadə edə bilərlər. Odur ki,
professor Vaqif Aslanovu və AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevi
özümlə götürdüm. Və bu dostların iştirakı ilə görüş baş tutdu, axşamdan səhərə
qədər mübahisə etdik. Eldar Salayevə Allah can sağlığı versin, bu işin canlı şahidi
olub. Bunlar deyirdi ki, bizə icazə verin, gəlib Azərbaycanda məktəb və
universitetlər açaq.

 

– O zaman siz niyə onlara icazə vermirdiniz,
haradan bilirdiniz ki, açılacaq məktəblər Gülənlə bağlı ola bilər?- Bu xəbərlər var idi. Bilirdim ki, Türkiyə
Silahlı Qüvvələrinin əks-kəşfiyyat idarəsi Fətullah Gülən haqqında dosyelər
hazırlayıb. Bu sənədlərdə Gülən şəbəkəsinin fəaliyyəti, məqsədi, gördükləri işlər
haqda informasiya var idi. Əslində, Gülən hərəkatı ilə bağlı məlumatlar siyasətdən
başı çıxanlara məlum idi.

 

– Deməli, indi Türkiyədə bir nömrəli terrorçu
elan edilən Fətullah Gülənlə sizin fotolarınız, videolar var?

– Yox. Çünki bu görüş rəsmi deyildi ki,
burada fotolar çəkilsin və ya video çəkiliş olsun. Bizim görüşümüz İzmirdə baş
tutdu. Onlardan görüş təklifi gəldikdən sonra arxamızca avtomobil göndərdilər.
Mən də yuxarıda adını çəkdiyim alimlərlə birgə Ankaradan İzmirə yollandım.
Görüş zamanı mövzu əsasən onları Azərbaycana buraxmamağımızla bağlı idi. Görüş
axşam saatlarından səhərə qədər davam etdi və biz demək olar ki, son ana qədər
mübahisə etdik.

 

– Bundan sonrakı Türkiyəni necə görürsünüz,
50 mindən çox insan işdən çıxarılıb, 10 minlərlə insan həbs edilib…

–  Türkiyə içindən bir yara alıb. Bu, ağır və
gec sağalan bir yaradır. Gülən şəbəkəsinə bağlı olan adamları asta-asta tapıb
dövlət orqanlarından təmizləyəcəklər. Orduda sağlam ab-hava yaranmalıdır.
Fikrimcə, Ergenekon və Balyoz əməliyyatları zamanı əsassız həbs edilən və ordu
sıralarından çıxarılan dövlətçi zabitlərin böyük hissəsi yenidən işlərinə
qayıdacaq. Məncə, Türkiyənin indiki hakimiyyəti elədiyi səhvləri başa düşüb.
İndi bu səhvləri aradan qaldırmaq üçün addımlar atılacaq. Görün, vəziyyət hansı
həddə olub ki, dövlət başçısının yavərlərinin çoxu bu şəbəkənin mənsubları
olub. Deməli, bu şəbəkə ciddi və iz buraxmadan işləyib. Odur ki, gülənçilərin
dövlət idarələrindən təmizlənməsi prosesi də ağır olacaq. Çünki bunlar kodlarla
işləyir, açıq fəaliyyətləri yoxdur.

 

– Bundan sonra Türkiyə bir iç savaşa çəkilə
bilərmi?

– Yox. Bu məsələ bitdi. Türk xalqı öz dövlətinə
və Vətəninə sahib çıxdı, istəmədi ki, əksər şərq ölkələri kimi Türkiyə də
okeanın o tərəfindən idarə olunsun. Millət öz iradəsini ortaya qoydu. Millətin
böyüklüyü, vətən və dövlət sevgisi budur. Biz bu nümunəni əyani şəkildə

 

–  ABŞ-Türkiyə münasibətlərində gərginlik Fətullah
Gülənlə bağlıdır. Sizcə, Vaşinqton Ankaranın Gülənlə bağlı tələbini yerinə
yetirərək onu ekstradisiya edəcəkmi?

–    Türkiyədəki indiki hökumət nümayəndələrinin
çoxu dərin savada malik deyil. Onların içərisində molla məktəbini keçənlər, peşə-sənət
məktəbindən gələnlər var. Əhməd Davudoğlu nisbətən dərin insan idi, lakin indi
o da hökumətdə yoxdur. Sözümün canı odur ki, qardaş Türkiyə hökumətinin üzvlərinin
bir çoxu dərin düşünmür. Güləni Amerikadan tələb edirlər. Amerika Fətullah Güləni
verərmi? Amerika 30 ildir ki, Gülənin əli ilə Türkiyədə işlər görür. Əgər versə,
Amerikanın bütün planları ortaya çıxar.

 

– Bundan sonrakı Türkiyə-Amerika münasibətləri
necə olacaq?

– ABŞ və Türkiyə NATO-nun üzvüdür. Strateji əməkdaşlıq
olsa da, fakt odur ki, Türkiyənin əleyhinə 30 ildir ki, iş aparıblar. Əlbəttə,
münasibətlər darmadağın olmayacaq. Çünki bu hər iki dövlətə sərf etmir. Fikrimcə,
tərəflər bir qədər atışacaq, bir tərəf hücuma keçəcək, digər tərəf müdafiə
olunacaq. Sonradan tərəflər barışmaq xətti seçəcək. Belə böyük dövlətlərin
bir-birilə düşməni münasibətdə olması hər iki tərəfə ziyan gətirir. Mənim şəxsi
fikrimi bilmək istəyirsinizsə, Türkiyənin ən böyük strateji səhvi türk dövlətləri
ilə bağlıdır. İsmət İnönüdən bu yana gələn xarici siyasət kursu sanki 200
milyonluq türk ulusundan xəbərsizdir. O vaxt rəhmətlik Turqut Özal Orta Asiyanı
gəzəndən sonra Bakıya gəldi və onunla görüşdük. Sonra rəhmətlik Bülənd Ecevit
gedib Orta Asiyanı gəzib gəldi. Hər ikisi də biz deyən sözləri dedi. Onlar
deyirdilər ki, biz səhv etmişik, gərək türk ölkələri ilə işləyək, əməkdaşlığı
onlarla quraq. Amma bu reallıq Türkiyədə hələ də anlaşılmır. Bu isə Türkiyə
xarici siyasətinin ən qüsurlu strategiyasıdır. /Teleqraf.com/      


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler