Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AXP Konstitusiyaya teklif edilen deyişikliklerle bağlı sert beyanat yaydı

03 Ağustos 2016

9:20 am


03/08/2016 [13:16]: xeber –
AR Konstitusiyasına dəyişikliklərə dair Referendumla bağlı Azərbaycan Xalq Partiyasının mövqeyi haqqında AXP Siyasi ŞurasınınBəyanatıAXP Siyasi Şurası AR Konstitusiyasına dəyişikliklərə dair Referenduma çıxarılmış təkliflərləri mahiyyətcə ölkədə hazırda mövcud olan avtotritar siyasi rejimi möhkəmləndirmək, siyasi rəqabət mühitini qəti olaraq aradan qaldırmaq, hakimiyyətin azad və ədalətli seçkilər yolu ilə əvəzlənməsi imkanlarını yox etmək, Azərbaycanda familiya üsuli- idarəsi bərqərar etmək cəhdi kimi dəyərləndirir.Bu referendumun meydana gəlməsi göstərdi ki, indiki iqtidar nəinki köklü demokratik islahatlara hazır deyil, tədrici, hətta xırda dəyişikliklər həyata keçirməyi belə qəbul etmir, əksinə hakimiyyəti öz əlində saxlamaq naminə fundamental, Konstitusion prinsipləri formal- hüquqi baxımdan da yox etmək xətti götürmüşdür.AXP hesab edir ki, bu siyasi kurs Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda ciddi əngəl yaradır, hazırda dərinləşməkdə olan sosial iqtisadi böhrandan çıxmağı və beynəlxalq təhlükəsizlik sahəsində əmələ gəlmiş ciddi təhdidlərə adekvat cavablar tapılmasını mümkünsüz edir, habelə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində mövqeləri zəiflədir.Yuxarıdakıları əsas tutaraq və ölkədə vətəndaşların öz rəyini azad ədalətli səsvermədə ifadə etmək , səsvermənin nəticələrinin iqtidar tərəfindən saxtalaşdırılmasının qarşısının alınması üçün real hüquqi siyasi şərtlərin, imkan və mexanizmlərinin mövcud olmadığını nəzərə alaraq Azərbaycan Xalq Partiyası referenduma çıxarılmış təkliflərə tərəfdar olmadığını, və referendumla bağlı rəsmi təbliğat təşviqat kampaniyasında və səsvermənin monitorinqində iştirak etməyəcəyini bəyan edir.03 avqust 2016- cı il


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler