Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AXCP-nin çetiri altında gizlenen Milli Şura xalq terefinden boykot olunacaq”

03 Eylül 2016

8:08 am


03/09/2016 [12:05]: xeber –
“Milli Şura keçirəcəyi mitinqlə ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edəcəksə, qanunun ən sərt tələbləri qarşısında cavab verməli olacaq”.Bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Azərbaycanın demokratik ölkə olduğunu vurğulayan millət vəkili bildirib ki, istənilən şəxs öz fikrini sərbəst şəkildə ifadə etmək hüququna malikdir: “Bu konstitusiya və digər qanunvericilik aktları ilə təsbit olunub. Əgər mitinqlər, kütləvi aksiyalar sifarişli xarakter daşımırsa, anti-Azərbaycan qüvvələrin sifarişi ilə ictimai-siyasi sabitliyi pozmağa hesablanmayıbsa baş tuta bilər. Milli Şuranın qarşıdan gələn referendumla əlaqədar demoqoqiya deyil, hüquqi xarakter daşıyan bu və ya digər təklifləri varsa, bunu KİV-lərdə, eyni zamanda mitinqlərdə ifadə edə bilərlər. Görünən budur ki, müxalifət qüvvələrinin heç biri, o cümlədən Milli Şura referendumla bağlı hüquqi yükə malik olan istənilən əks təklifi ortaya qoya bilməyib. Yaxud referendumla nəzərdə tutulan dəyişikliyə hüquqi baxımdan əks arqumentlərlə fikir söyləyə bilməyiblər. Ona görə də bu mitinq daha çox siyasi xarakter daşıyır”.F.Ağamalının fikrincə, Milli Şura mitinqin keçirilməsinə nail ola bilməyəcək: “Çünki onların böyük auditoriyası yoxdur, sosial dayaqları demək olar ki, yox dərəcəsindədir. Biz bir daha şahidi olacağıq ki, Azərbaycan Xalq Cəbhəsinin çətiri altında gizlənən, ona xidmət edən Milli Şura bu mitinqində də xalq tərəfindən boykot olunacaq. Əminəm ki, xalq onların bu çağırışına mənfi reaksiya verəcəkdir”.Deputat qeyd edib ki, mitinq keçirməklə Milli Şura yaranmış situasiyadan istifadə edərək özlərini xaricdəki himayədarlarına təqdim etməyə çalışırlar: “Hesab edirəm ki, onlar öz varlıqlarını qoruyub saxlamaq üçün bu addımları atırlar. Ancaq, 500-600 nəfərin iştirakı ilə keçirilən mitinq onların varlıqlarının sübutuna heç bir töhfə verə bilməz. İstisna deyil ki, bu mitinqi keçirməklə onlar ictimai-siyasi sabitliyi pozmağa cəhd edəcəklər. Lakin onların bu addımı hüquq-mühafizə orqanları tərəfindən qanunlar çərçivəsində qətiyyətlə alınmalıdır və inanıram ki, alınacaq. Hesab edirəm ki, heç bir siyasi qüvvə Azərbaycandakı sabitliyi poza bilməz. Pozmağa cəhd edəcəklərsə, onlar qanunun sərt tələbləri qarşısında cavab verəcəklər”.Partiya sədri vurğulayıb ki, xarici səfirliklərin mitinqlərə bu və ya digər şəkildə qarışması, himayə etməsi diplomatiya haqqında beynəlxalq konvensiyaların, dövlətlərarası sazişlərin mahiyyətinə tamamilə ziddir: “Ölkəmizdəki xarici dövlətlərin səfirlikləri öz ölkələrinin maraqlarını müdafiə edirlər. Onlar Azərbaycan dövləti ilə təmsil etdkləri ölkələr arasında əldə olunmuş razılaşmanın, müqavilənin, sazişin yerinə yetirilməsinə yönəlik fəaliyyət göstərməlidirlər. Əgər bəzi ölkələrin səfirlikləri Milli Şuranın mitinqinin təşkilində iştirak edirlərsə, onlar qanunları, beynəlxalq konvensiyaları pozurlar. Əminəm ki, onlar belə addımlar atırlarsa, Azərbaycanın Xarici İşlər Nazirliyi səlahiyyətləri çərçivəsində bununla bağlı izahatlar tələb edəcəklər. Bu heç kimə sirr deyil ki, 2003-cü ildəki mitinqlərin əsas təşkilatçısı Norveç səfiri idi. Bu iflasa uğradı və ifşa olundu. Xarici səfirliklər Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Onların buna hüququ çatmır”. (AzVision.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler