Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avtoriteti “Range Rover”de bele güllelediler – Video

07 Eylül 2016

6:52 am


07/09/2016 [10:49]: xeber –
“Facebook”da gürcüstanlı istifadəçilər tərəfindən avtomobilə silahlı hücumu əks etdirən video yayılıb. Hadisənin Gürcüstanda baş verdiyi bildirilir. Video ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. “Range Rover” markalı avtomobil sağa dönərkən dilənçi görkəmində bir nəfər maşina yaxınlaşaraq tapançadan atəş açmağa başlayır. Əvvəlcə sərnişinə ardıcıl bir neçə güllə vuran naməlum şəxs daha sonra maşının önünə keçib bir neçə güllə də atır. Sürücü oradan uzaqlaşmağa çalışsa da, qarşıdakı maşınla toqquşub dayanır. Bunu görən qadın libaslı şəxs sürücüyə də bir güllə vuraraq hadisə yerindən qaçır. Hadisədən sonra sərnişin tərəfdən maşının qapısı açılır və kimsə yerə düşür. Bildirilir ki, cinayəti törədən şəxs qadın libası geyinmiş kişi olub. Avtomobildə olan şəxslər isə oğru dünyasının tanınmış simaları imiş. (avtosfer.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler