Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avtomobilini mescide çevirdi- FOTO

07 Temmuz 2016

7:40 am


07/07/2016 [11:36]: xeber –
Indoneziyanın Cakarta şəhərinin sakini öz mikroavtobusunu məscidə çevirməyi qərara alıb. sayt bu haqda xarici İslam saytlarına istinadla  yazır.  Müsəlmanın bunda məqsədi  şəhərlilərin avtomobillərin hərəkət sıxlığı ucbatından namazlarını vaxtında qılmasına şərait yaratmaq olub.Sutikno  adlı  müsəlman  belə deyir:”Bir dəfə həyat yoldaşımı gətirməyə gedirdim. Qayıtdıqdan sonra  konkret vaxtlarda qılınan vacib namazlardan birini qılmaq üçün məscidə dönməli idim. Ancaq elə oldu ki,  maşınım tıxaca düşdü. Vaxt keçirdi. O halda qərara gəldim ki, avtomobili saxlayıb, namazımı elə onun içində qılım…”Elə bu olaydan sonra  Sutiknonun öz mikroavtobusunu  məscidə çevirmək ideyası meydana gəlir. O, maşınını yaşıl  rəngə boyayıb və içərisinə namaz qılmaq üçün canəmaz xalçaları düzüb.İndi bu özünəməxsus “məscid-avtomobil” məscidlərdən uzaq, ən çox adam olan, tıxac yaranan yerlərdə  dayanır. Möminlər  ya avtobusun içərisində, ya da yanında namaz qıla bilərlər.  Xeyirxah müsəlman sürücü onları dəstəmaz  üçün su və xüsusi ibadət paltarı ilə də təmin edir.Qeyd edək ki, İndoneziya- əhalisi ən sıx olan müsəlman ölkəsidir. Burada 202 mln. müsəlman yaşayır. Ölkədə 800 min məscid var. Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler