Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avtomobile minende bu 3 duanı oxumaq meslehetdir – Tövsiyye…

18 Ekim 2016

8:08 am


18/10/2016 [12:06]: xeber –
Hər gün yüz milyonlarla insan evdən çıxıb sükan arxasına əyləşib, yaxud digər nəqliyyata minib uzaq və yaxın səfərə çıxır. Və hər gün yollarda, küçələrdə 10 minlərlə qəza baş verir, insanlar həlak olur. İslam alimləri bir çox qəzaların səbəbini Allaha imansızlıqda, haram içki və qidalarda görürlər. Odur ki, Yaradana iman gətirib haram və günahlardan uzaq olmaqla yanaşı,  öz  şəxsi avtomobilinizə, yaxud ictimai nəqliyyyata əyləşib yola çıxmamışdan öncə aşağıdakı duaları oxumaq tövsiyə edilir:1)Peyğəmbər səhabələrindən edilən rəvayətə görə, Peyğəmbərimiz(s) Məhəmməd əleyhissəlam ayağını atının üzəngisinə basarkən belə dua edərmiş:“Bissmillah! Ey Allah!  Sən çıxdığım səfərdə mənim yoldaşım və mənim ailəmin himayədarısan. Ya Allah! Yeri bizə ram et və səfərimizi yüngülləşdir! Ya Rəbbi! Yoldakı çətinliklərdən və evə qəm içində dönməkdən,  eləcə də ailəmə və mülkümə üz verəcək istənilən şər və bəladan sənə sığınıram”.   2) Həzrət Əli(ə.s) atına yanaşıb ayağını üzəngiyə qoyanda  Qurani-Kərimin “əz-Zuhruf” surəsinin 13-14-cü ayələrini oxuyarmış: سُبْحانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنقَلِبُونَ“Sübhanəlləzi səhhərə lənə haza və ma kunna ləhu mukrinun. Və inna illə Rəbbinə ləəmun kalibun”. “Bunları(yəni minikləri-S.L.) bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!”Daha sonra imam deyərmiş: “Subhanəkə inni zəələmtu nafsi faqfirli innəhu lə yaqfiruz-zunuba illə əntə”. “Ey Allah! Sən paksan! Mən sənə qarşı ədalətsiz davrandım. Məni bağışla! Axı  bizim günahlarmızı Səndən savayı bağışlayacaq kimsə yoxdur”.3) Yola çıxarkən bu duanı da oxumaq olar:“Əlləhummə innə nəsəlükə fi səfərinə həzəl-birra vət- takva və minəl-əməli ma tarda”. “Ey Yaradan! Bu səfərdə biz səndən bərəkət və təqva, eləcə də  bizlərə Sənin razı qalacağın əməllər qismət etməni diləyirik”.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler