Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avtomobil traktorla toqqusdu: Ölen var

01 Aralık 2016

5:32 am

– xeber –
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu-Kürdəmir-İmişli yolunun 27-ci kilometrliyində, Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Nadir oğlu Əhmədovun idarə etdiyi VAZ-2107 markalı minik maşını ilə eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakin,i 1993-cü il təvəllüdlü Əşrəf Müslüm oğlu İsmayılovun idarə etdiyi qoşqulu traktor toqquşub.
Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Nadir oğlu Əhmədov ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov xəstəxanada ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler