Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avropanı mehv olmaqdan azerbaycanlı hekim xilas edib – Milli mason lideri ile söhbetlerden

28 Haziran 2016

7:56 am


28/06/2016 [11:54]: xeber –
Ilk yazımızda 1957-1982-ci illərdə  fəaliyyət göstərmiş Milli Azadlıq Qərargahı(MAQ) adlanan Azərbaycan milli masonçuluq hərəkatı və onun  lideri olmuş  Oqtay Eldəgəz barədə xeyli bəhs etdik. Odur ki, bu dəfə birbaşa mətləbə keçəcəyik.  Müasir Avropanın əxlaqi-mənəvi tənəzzül dövrünü yaşadığı,  miqrant böhranı baş verdiyi, Böyük Britaniya kimi bir azmanın qitənin digər ölkələri ilə brlikdən imtina etdiyi, “Köhnə dünyanın” ağsaqqalı hesab edilən Roma papasının isə “birinci xiristian ölkəsi” sayılan Ermənistana  Türkiyə və Azərbaycana qarşı tənəli gedişləri, “soyqırım” nitqləri ilə müşayiət olunan təntənəli, “göyərçinli” səfəri və s. olayları nəzərə alıb biz də Oqtay Eldəgəzlə söhbətlərimizin Avropa bölümünə baş vurduq.  … 1990-cı illərdə “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsində yerləşən qəzet redaksiyamızda  millətimizin qonaqpərvərlik xislətindən doğulan  bir  adət vardı ki, otağımıza ayaq basan oxucu və  ya kənar müəlliflərimizi ən azı, çay süfrəsinə qonaq etməli idik. Oqtay əfəndi ilə  bir neçə dəfə çay içib çörək kəsdikdən sonra artıq doğmalaşmışdıq. Rəhmətliyin hər bir hərəkət və adəti kimi çay içməyi də öz qeyri-adiliyi ilə  seçilirdi. O, çayın dəmini  səhv etmirəmsə, 12 dəqiqə qaynadıb içərdi. Deyirdi ki, İbn Sina da belə edirmiş – bu, beynin fəaliyyətini gücləndirir. Növbəti belə çay ziyafətimizdə həkimlərdən söz düşəndə milli masonçuluq lideri qayıtdı ki, bəs bilirsizmi, orta əsrlərdə Avropanı tamamilə məhv olmaqdan bir azərtürk(Oqtay Eldəgəz daim yazılarında millətimizi belə adlandırardı-S.L.) həkim xilas edib. Bu minvalla  yeni bir  yazının təməli qoyuldu. Milli masonçuluq liderinin  əlçatmaz məxəzlərdən əldə etdiyi məlumatlar əsasında  dilə gətirdiyi bu söhbətdən bəlli olurdu ki,  Avropa cəmiyyəti bu günkü varlığına görə   30 ilə yaxındır Ermənistanın güdazına verdiyi Azərbaycana, bu torpağın yetişdirdiyi  dünyaca məşhur bir həkim-filosofa borcludur…  MAQ lideri ilə söhbətlər silsiləsinin ikinci yazısında nədən bəhs etmək barədə düşünərkən  belə qərara gəldim ki, bu gün batıdan da, doğudan da aramsız  zərbələr alan türk-islam dünyası, qardaş Türkiyə və Azərbaycanımız üçün məhz  belə bilgiləri öyrənib yaymaq vacibdir… Nüfuzdan düşən papa… İntibah dövrü keçirən İslam dünyası…“…2 əsrlik xaçlı savaşları(1096-1270) müsəlman Şərqinin tam zəfəri ilə sonuclanandan sonra onsuz da cahillik dövrünü yaşayan Avropa xalqları daha amansız məyusluq və ətalət ağuşuna atıldılar. Xristian ehkamlarından başqa heç bir qabaqcıl amala  malik olmayan Qərb cəmiyyətləri dəqiq elmlərdə, memarlıq və inşaatda, incəsənətdə 6 əsrlik intibah yüksəlişi keçirən  Şərq uluslarına heyranlıqla baxaraq həsəd aparırdılar. Vatikan papası və digər Qərb diyarlarının katolik-ruhani başçıları nüfuzdan düşmək üzrə idilər.  Elə xaçpərəstləri müsəlman Şərqi üzərinə məhz həmin kilsə başçıları yönəltmişdilər…Papa fətva verdi ki, Avropanı bəlalara düçar edən sehrbaz, ovsunçular və pişiklərdir… Çadır qurmağı belə əməlli-başlı bacarmayan avropalılar artıq başa düşmüşdülər ki, bölgədəki cəhalət və geriliyin günahkarları öz adlarıyla çağırılmalıdır. Qitədə etirazlar və dini itaətsizlik son həddə çatanda ruhanilər  xeyli götür-qoydan sonra  sınanmış üsula əl atdılar. Papa Kliment VI(1342-1452) nadanlıq bədəninə vurulmuş pazı cəhalət, mövhumat pazıyla çıxarmaqdan savayı yol tapmadı. Avropanın “ağsaqqalı” belə bir fətva verdi ki, guya göylərdən qitəyə göndərilmiş bəla, xəstəlik, aclıq və səfalətin günahkarları sehrbazlar, ovsunçular və əcinnələrdir. Və onların öldürülüməsi bir xristian üçün  savab işdir. Roma kilsəsinin nadanlığı o həddə çatdı ki, pişikləri də cadugər və şər qüvvələrlə əlaqəli heyvan kimi bu qara siyahıya daxil etdi…”Bundan sonra Oqtay Eldəgəz Roma kilsəsinin bu məntiqsiz fətvanı hansı əsaslarla verməsini izah edirdi. Həm də peşəkar ədəbiyyatçı olan MAQ lideri İslamın qatı düşməni kimi tanınan İtaliya şairi Aligyeri Dantenin “Yeni həyat” şerində  başda Məhəmməd peyğəmbər əleyhissəlam(əğsəfürullah) olmaqla müsəlmanlarla yanaşı, cadugər, sehrbazlar və pişiklərin də cəhənnəm alovunda yandığını təsvir etməsinin Roma papasını  belə bir  qaragüruhçu qərara  ruhlandırdığını ətraflı göstərirdi… Fransadan Ukraynayadək- hər yerdə pişik qətliamı başladı…“…Dərman xəstəyə düşən kimi,  papanın San Covanni in Literano məbədindəki moizəsi də cahil dindarların sinəsinə yatdı… Avropanı qətllər dalğası bürüdü. Öldürənlər qara camaat, ölənlər isə sehrbazlar və pişiklər idi. Üstəlik, Kardinallar Kollegiyasından dəstək alan Papa1345-ci il iyunun16-da xristianların Xeyir Xəbər gününün bayram edildiyi bir əyyamda Avropanın bütün katolik dinli ölkələrində pişiklərin qırılması barədə göstəriş verdi və bunun üçün mükafat da təyin etdi. Fransanın Bordo şəhərindən çağdaş Ukrayna civarına kimi, Quzey Norveçin dəniz sahillərindən Rumıniyaya qədər məkanlarda pişiklərin qırğını geniş vüsət aldı. Öldürülən hər pişik cəsədi üçün 5 lirə(iki buğda çörəyinin dəyəri), bir düjinə(12 ədəd) isə  60 lirə verilirdi. Vəhşiləşmiş camaat boylu pişiklərə, onların balalarına da rəhm etmədən qırırdı.  Qırğın tədbirlərinin sonunda təxminən 15 minə yaxın kişi və qadının öldürüldüyü bəlli oldu. Öldürülmüş pişiklərin isə sayı-hesabı yox idi… Siçovullar bələkdəki körpələri diri-diri yeməyə başladı…Ağıllı təbiətin tarazlıq qanunları vəhşicəsinə pozulduğu üçün acı nəticələr özünü gözlətmədi. Üçcə ay ötmüş zikr olunan ərazilərdə milyardlarla siçan və siçovul qaynatmağ başladı. Onlar bələk və beşiklərdəki  körpələri diri-diri yeyir, dustaqları, xəstələri, gücsüz qocaları açıqcasına parçalayırdı.”Dayan” əmri isə verilmirdi ki, verilmirdi. Baş din xadiminin bu ağlasığmaz gedişi daha dəhşətli sonluğa gətirib çıxardı. 1347-ci ilin yayından başlayaraq Avropa məkanını “qara ölüm” adlanan((cuma, cüzam xəstəliyinin bir növü), (bəzi mənbələrdə taun da adlandırılır-S.L.)) vəhşətli mərəz ağzına aldı ki,  buna buzdə “ovma xəstəliyi” də deyirlər. Qan zərdablaşır, qan dövranı dayanır, qaralmış bədən çürüyürdü. Kim ki, xəstəsini düzgün ova bilirdi, biçarə sağalırdı. Amma bəla geniş miqyaslı olduğundan sonucu ağlasığmazdı… Avropalıların yarıdan çoxu – 58 milyon adam qırıldı…Bir ildə Avropa əhalisinin  51 faizi, yəni təxminən 58 milyon  adam qırıldı. Çoxlarını da yığılmamış cəsədlərin epidemiyası fəlakətə uğratdı.  Axır ki, bu qorxulu yuxu bitdi.Yenə də  xilas islam-türk dünyasından-  Azərbaycan türkündən gəldi.  İslamı qəbul etmiş Elxanilərdən Əmir həl-Umara Çobanın oğlu Ənuşirəvanın zamanında(1344-1355) Təbriz sarayının və dövrünün dahi həkim filosofu Səhabəddin Yəhya Sührəvərdi(1291-1376) avropalı Adəm övladlarının günahsız qurbanları haqqında bilgi alan kimi hökmdarın xeyir-duasıyla Romaya – papa ünvanına məktub göndərdi və oradakı faciənin köklərini şərh etdi. Cumanın yayılmasında siçan-siçovul yoluxmasının təbiətini elmi dəlillərlə isbata yetirdi. Yaxşı ki, papa ona qulaq asdı və fitvanı geri götürdü.(M.F.Zaxarov. “Kardinallar döyüşə gedirlər” kitabı, İezuitlər bölməsi, səh. 158, Siyasi Nəşriyat, Moskva, 1957).  Göründüyü kimi, milli masonçuluq lideri bu önəmli tarixi  məlumatın mənbəyini də göstərir…Azərbaycanlı həkim Səhabəddin Sührəvərdinin məsləhətiylə Osmanlı dövləti də Avropaya yardıma qoşulduFərəhli haldır ki,  həkim alimimiz gənc qonşu Osmanlı imperiyasını da ayağa qaldırdı. Iki nəhəng ölkədən milyonlarla pişik və pişik balası Avropaya köç aldı.  Yüz minlərlə müsəlmanın qətlinə bais olmuş Xaçlı yürüşlərinə rəğmən, bu cahanşümul xeyriyyə əməliyyatlarında  azərtürk tacirləri, səlcuq türk qardaşlarımız ağlasığmaz işlər gördülər. Sağlam cins pişiklərimiz Avropalıların ailələrinə xoş ovqat gətirməklə yanaşı, tamamilə qırılmış həmsoylarının siçan və siçovullarla mücadilədə qalmış səngərlərinə atıldı. Avropa əhli anladı ki, bu xilaskarlar heç də şeytanın insanlar arasına atdığı əcinnələr, gözləri ovsunlular deyil, bəşər nəslinin dostlarıdır. Bu minvalla sehrbaz və ovsunçuların da qətlinə son qoyuldu. 1357-ci ildə həmin yerlərdə cuma təkrar görünsə də, genişlənə bilmədi, itkilər az oldu. Və  “qara ölüm” Avropadan qovuldu…”Bu gün yenə də bizlər Avropanın pisliklərinə yaxşılıqla cavab verməkdəyik…Tarixdə türk, müsəlman toplumlarının nəinki xristianlara, digər din mənsublarına, o cümlədən yəhudilərə də ürək açıqlığıyla yardımda bulunmalarına nümunələr çoxdur. Bu gün də Qərbin dövlət liderlərinin bizlərə qarşı çoxüzlü, xəyanətkar, işğalçı Ermənistana gizli-açıq dəstək verən gedişlərinə rəğmən Rusiyanın Avropaya yanacaq təhdidlərinin qarşısında  qaz xətlərini  o ölkələrə doğru yönəltməklə avropalıları qışda donmaqdan xilas edən,  xristian-yəhudi dünyasının fitnələri ilə törənmiş  qanlı savaşların əlindən bu qitəyə üz tutan nəhəng  qaçqın dalğasına sinə girən də yenə türk dünyası, Azərbaycan və Türkiyədir… Odur ki, keçmişdəki borclarıyla yanaşı, Avropa dövlətləri bu gün də bizim qarşımızda borclanır. Bunu Oqtay Eldəgəz  də söhbətinin sonunda xatırlatmaqla Qarabağ məsələsinin ədalətli həllində Azərbaycana yardımın Qərb hökumətlərinin boynunun borcu olduğunu vurğulayır:Batı,borcumu qaytar!.. “Yeddi il öncə böyük həkim filosof oğlumuzun(S.Sührəvərdinin-S.L.) 700 illiyi tamam olanda unutqanlqıq göstərdik. Elə orta əsrdə də papa və Avropa əhli xilaskara təşəkkürlərini bildirməmişdilər. Barı, indi gur heyətlə Romaya, Parisə, Lissabona, Strasburqa yollanan kəslər 1 milyon qaçqınımızdan, 20 faizlik torpaq itkimizdən  yazıq-yazıq danışmaq yerinə, hazırda döşünə döyən Qərb iqtidarlarına xatırladaydılar ki, ağır çağlarında onları, yəni avropalıları  sonuncu adamınadək qırılmaqdan biz azərtürklər xilas etmişik.  Bax, o zaman nə 907-ci maddə,  nə ATƏT-in sülhyaratma oyunları, nə Rusiyanın vasitəçilk şəbədəsi, nə də Quzey Azərbaycanımıza yuxarıdan aşağı baxma, milli tərəfdaş nəzəri olmazdı. O səyyah şəxslər (Azərbaycandan gedənlər-S.L.) gərək elə belə də  deyəydilər:” Batı, borcumu qaytar!..”Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler