Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avropa Şurasından Ermenistana xeberdarlıq

04 Ekim 2016

12:04 pm


04/10/2016 [16:01]: xeber –
sayt xəbər verir ki, Avropa Şurasının İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyası Böyük Britaniya və Ermənistan hesabatında artan irqçi şiddət və nifrət ritorikası ilə bağlı xəbərdarlıq edib.Avropa Şurasının İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyas (ECRI) Böyük Britaniya və Ermənistan rəhbərliklərinə irqçi şiddət və nifrət ritorikası xəbərdarlığı edərək, xaricilərə və miqrantlara qarşı siyasilərin istifadə etdikləri ritorikanı tənqid edib. ECRI-nin Ermənistan ilə bağlı hesabatında İrəvan hakimiyyətinin irqçi şiddət və nifrət ritorikasına qarşı mübarizədə qanun boşluqlarını aradan qaldırması və bu barədə lazımi addımları atması tələb olunur. Ermənistandakı dözümsüzlük və irqçiliklə mübarizə haqqında 2010-cu ilin dekabrından 2016-cı ilin martına qədər vaxtda vəziyyətin təhlil olunduğu məruzədə ölkədəki qadağa nöqsanlarının qısa zaman içində aradan qaldırılması, “ənənəvi olmayan” dini qrupların irqçi və ayrı-seçkilik nifrətin hədəfi olmaqdan çıxarılması tələb olunur. 2011-ci ildən bu yana ölkədə üç irqçi və nifrət ritorikası ehtiva edən hadisənin hüquqi təqibinin keçirildiyi və bunlardan birinin cəzalandırıldığı bildirilən hesabatda qurbanların polisə müraciət etməkdə ehtiyat etdikləri qeyd edilir. Qeyd edək ki, ECRI tərəfindən hazırlanan və Avropa Şurası üzv ölkələrə irqçilik, dözümsüzlük və diskriminasiya kimi məsələlərdə tənqid və tövsiyələri əks etdirən hesabatlar müstəqil ekspertlərin ölkələrə səfərlərindən sonra hazırlanır.Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler