Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avropa Liqası: “Qarabağ” “Höteborq”u darmadağın ederek qrup merhelesine yükselib

25 Ağustos 2016

6:32 pm


25/08/2016 [22:30]: xeber –
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilir. Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib. Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində “Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. “Qarabağ”-“Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib. Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub. Avropa LiqasıPley-off, cavab oyunu25 avqust “Qarabağ” – “Höteborq” (İsveç) – 3:0Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26, Dani, 51 Baş hakim: Vladislav BezborodovBakı. T. Bəhramov adına Respublika stadionu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler