Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Avropa İttifaqının Türkiye ile bağlı açıqlaması inandırıcı görünür, amma…”

18 Temmuz 2016

10:16 am


18/07/2016 [14:14]: xeber –
Avropa İttifaqının genişlənmə
və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Türkiyədəki hərbi çevriliş cəhdi
ilə bağlı maraqlı açıqlama verib. Aİ rəsmisi kütləvi həsb dalğasına münasibət
bildirərək qeyd edib ki, əslində həbs edilənlərin siyahısı əvvəlcədən hazırlanıb
və çevriliş cəhdi onların həbsi üçün fürsət olub.

Maraqlıdır, Aİ-nin bu
açıqlaması Türkiyədəki hərbi çevriliş olaylarının əsl mahiyyətinin beynəlxalq səviyyədə
ifşası hesab edilə bilərmi?

sayt-a açıqlama
verən politoloq Zərdüşt Əlizadə Türkiyədəki olayları hər kəsin öz maraqlarından
şərh etdiyini vurğulayıb:

“Təbii ki, hər hansı məsələyə
hər kəsin öz baxışı var. Hər kəs buna öz baxış bucağından yanaşır. Aİ də
olayları öz müstəvisindən dəyərləndirir. Türkiyə və Aİ dövlətəri arasında əməkdaşlıq
mövcud olsa da, onlar arasında fərqli, ziddiyyətli məqamlar da az deyil. Şəxəsn
mən Aİ-nin açıqlamasında yer alan fikirləri daha inandırıcı hesab etsəm də, bu
gün Türkiyədəki olaylarla bağlı vəziyyət kifayət qədər mürəkkəb və qaranlıqdır.
Hesab edirəm ki, bəlli bir zamandan sonra baş verənlərin əsl mahiyyəti daha
aydın şəkildə özünü gösərəcək”.

 

Seymur Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler