Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avropa Azerbaycanlıları Beynelxalq qaçqın günü ile elaqedar beyanat yaydı

19 Haziran 2016

5:56 pm


19/06/2016 [21:52]: xeber –
20 iyun Beynəlxalq qaçqın günü ilə əlaqədar Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Mərkəzi 20 iyun Beynəlxalq qaçqın günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “BMT Baş Assambleyasının 4 dekabr 2000-ci il tarixli qətnaməsi əsasında 20 iyun tarixi beynəlxalq miqyasda Ümumdünya Qaçqınlar günü kimi qeyd edilir.  Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Buna səbəb Azərbaycan xalqının bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalması, tarixi torpaqlarımıza təcavüz edilməsi, nəticədə 1 milyondan cox soydaşımızın qaçqına çevrilməsi ilə bağlıdır. Son illər Azərbaycandan xaricə getməklə qaçqın statusu almaq üçün müraciət edənlərin sayı artmaqda davam etsə də hakimiyyət təmsilçiləri bu məsələni gündəmə gətirmək istəmir. Xaricdən qaçqın statusu istəyənlər hüquq və azadlıqlarının pozulmasını, cinsinə, dini etiqadına, siyasi və ya digər baxışlarına və müəyyən ictimai qrupa mənsubluğuna, sosial mənşəyinə və s. əsaslara görə Azərbaycanda ayrı-seçkiliyə və təqiblərə məruz qalmasını və ya buna əsaslı ehtimal olduğunu iddia edərək müxtəlif ölkələrdə qacqın statusu almaq üçün müraciət edən şəxslərdir.  Son illərin təhlili göstərir ki, bəzi hallarda xaricdə qaçqın statusu almış və aktiv siyasi fəaliyyətini davam etdirən qaçqınlara ölkəni tərk etdikdən sonra da müxtəlif formalarda təqiblər davam edir.  Belə ki: – Siyasi fəalların Azərbaycanda yaşayan ailə üzvlərinə və qohumlarının təqib olunması, vəzifədən çıxarılması, mülkiyyətdən məhrum edilməsi, əsassız olaraq hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətdə saxlanılması, sahibkarlıq fəaliyyətinə məhdudiyyətin qoyulması və bəzi hallarda sonda azadlıqdan məhrum edilməsi… ; – Xaricdə məskunlaşan və qaçqın statusu alan və ya bunun üçün müraciət edən şəxslərin birtərəfli qaydada vətəndaşlıqdan məhrum edilməsi və ya düşdüyü çıxılmaz vəziyyətdən istifadə edərək onlardan vətəndaşlıqdan çıxması haqqında məcburi qaydada ərizələrin alınması;  – Başqa ölkədə daimi yaşamaq hüququ almış və ya başqa ölkənin vətəndaşlığını almış soydaşlarımızın Azərbaycana qayıdışına qadğaların qoyulması, xüsusilə onların Azərbaycana qayıdışına qoyulan qadağalar və ya onlara viza verilməməsi;  – Qaçqın statusu almış şəxslərin bir qismi qanunsuz olaraq beynəlxalq axtarışa verilir, onların hərəkət azadlığı məhdudlaşdirilir və bəzi hallarda qaçqın statusu olan şəxslər aylarla qanunsuz olaraq həbslərdə saxlanılmasına şərait yaratmaq;Hesab edirik ki, müasir dünyada sivilizasiyanın ayrılmaz hissəsinə çevrilən və bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ən yüksək məhsulu kimi dəyərləndirilən insan hüquqlarına bu münasibət yolverilməzdir. Çünki insan hüquqlarını qorumaq və onlara hörmət etmək bir ölkənin daxili işi hesab olunmur.  Qeyd olunanlar onu göstərir ki, Azərbaycanda hakimiyyət təmsilciləri hələ də elə hesab edirlər ki, əsas hüquq və azadlıqlar hakimiyyətin diktəsinə, mülahizəsinə, iradəsinə və qərarına əsaslanmalıdır. Hakimiyyət təmsilçiləri yanlış təcrübəyə bir daha diqqət ayırmalı, əsas insan hüquq və azadlıqarından istifadənin cins, din, siyasi və ya sosial qrupa mənsubiyyət, sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum yeri və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmasına nail olmalıdır.  Bu sahədə olan başqa bir narahatçılıq kütləvi olaraq ölkəni tərk edənlərin arasında kifayət qədər tanınmış elm adamlarının, ixtisaslı həkimlərin, iqtisadiyyatımızın inkişafına töhfə verməyə qadir olan iş adamlarının, ölkədə zəruri ictimai dəyişiklikləri edə biləcək ictimai aktiv insanların, vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin, siyasi və din xadimlərinin və s. sahələrdən olan peşəkarların kifayət qədər çox olması ilə bağlıdır. Bu proses həm də Azərbaycandan davam edən davamlı beyin axınıdır. Fikrimizcə, ölkədəki ictimai ətalətin əsas səbəblərindən biri də, fikrimizcə, məhz Azərbaycandan davam edən beyin axını ilə bağlıdır. Qeyd olunanlar onu göstərir ki, Azərbaycanda hakimiyyət təmsilçiləri hələ də elə hesab edirlər ki, əsas hüquq və azadlıqlar hakimiyyətin diktəsinə, mülahizəsinə, iradəsinə və qərarına əsaslanmalıdır. Hakimiyyət təmsilçiləri yanlış təcrübəyə bir daha diqqət ayırmalı, əsas insan hüquq və azadlıq larından istifadənin cins, din, siyasi və ya sosial qrupa mənsubiyyət, sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum yeri və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin etməlidirlər”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler