Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Avqust görüşleri Qarabağla bağlı teze ümid qığılcımları yaradıb

13 Ağustos 2016
ekindex
5:36 am


13/08/2016 [09:34]: xeber –
Dağlı Qarabağ məsələsi ətrafında yenidən diplomatik və siyasi fəallıq müşahidə olunmaqdadır. Avqust ayında belə fəallığın olacağı gözlənilirdi. Həm prezidentlərin Bakı sammiti, həm də Sankt-Peterburqdakı Ərdoğan-Putin görüşü problemə ən azından vasitəçi dövlət kimi Rusiyanın diqqətinin artması və Türkiyə amilinin gündəmə gəlməsi ilə müşahidə olundu.Gözlənildiyi kimi, proseslərin episentrində Azərbaycan və Türkiyənin yer alması işğalçı Ermənistanda ciddi narahatlıq doğurub. Erməni ekspertlər və politoloqlar Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə Bakıdakı danışıqlarını və Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfərini fəal şəkildə şərh edirlər.Məsələn, Ermənistanın Kanadadakı keçmiş səfiri, “Modus Vivendi” mərkəzinin direktoru, politoloq Ara Papyan özünün facebook səhifəsində yazıb: “Putinlə Əliyevin Bakı görüşündəki səmimilik düşünməyə vadar edir. Oradakı iqtisadi layihələrin siyasi nəticələri də olacaq. Bura Ərdoğanın Peterburqa səfərini və orada son altı ayda mövcud olmuş gərginliklə bağlı bütün məsələlərin nizamlanmasını da əlavə etsək, Ermənistan əslində çox çətin vəziyyətə düşüb. Azərbaycanın mövqeyi bizimkindən güclüdür və bu, etiketin bəzi incəliklərindən də sezilir: Putin Bakıya gedir, onu baş nazirin müavini qarşılayır, sonra Putin Əliyevin iqamətgahına çay süfrəsinə yollanır, bizim prezidenti isə Moskvaya çağırırlar ki, ona nəsə bildirsinlər” (virtualaz.org).*****Bəs Türkiyə amilini özündə ehtiva edən yeni siyasi-diplomatik aktivlik bütövlükdə nə vəd edir, nəhayət ki, konfliktin nizamlanmasına dair real bir irəliləyişin şahidi ola biləcəyikmi? Ekspert və şərhçilərin bu yöndə fikirləri müxtəlifdir.“Dağlıq Qarabağ nizamlanmasına dair son intensiv danışıqların gedişində müvəqqəti tarixi kompromis adlanan irəliləyiş üçün siyasi zəmin formalaşıb və bu prosesdə Türkiyəyə böyük rol ayrılıb”. Musavat.com-un məlumatına görə, bu barədə Rusiyadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, prezident Putinin etibarlı şəxslərindən sayılan Sergey Markov konfliktlə bağlı son danışıqlar prosesini “Vestnik Kavkaza” nəşrinə şərh edərkən bildirib.Onun sözlərinə görə, belə bir kompromis artıq bu il əldə oluna bilər: “Böyük ehtimalla da bu, hələ 2011-ci ildə hazırlanmış, lakin bəzi səbəblərdən işə düşməmiş ”Kazan formulu” əsasında baş tutacaq. Həmin formula əsasən, belə bir mübadilə baş verir: Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana verir – bu rayonlar 7-dir. Başqa yandan, Ermənistan öz ərazisindən keçən tranzit xətlərinə zəmanət alır, həmçinin Ermənistanın və Dağlıq Qarabağın de-blokadasına nail olur. Üçüncü yandan isə həmin rayonların hərbsizləşdirilməsi həyata keçirilir”.“Bu danışıqlar Rusiya tərəfdən ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, intensiv şəkildə aparılır. İki digər həmsədr dövlət – ABŞ və Fransa isə öz daxili problemləri ilə bağlı passiv mövqe tutur. Bu dəqiqə onlar Qarabağ hayında deyillər. Türkiyə bu aktiv prosesə cəlb olunmayıb, ancaq anlaşma əldə olunacağı təqdirdə onun iştirakı tələb olunacaq. Çünki söhbət Ermənistanın təkcə Azərbaycan tərəfdən deyil, Türkiyə tərəfdən də blokadasının götürülməsindən gedir” – ekspert qeyd edib. Onun fikrincə, məhz bu səbəbdən Türkiyə maraqları əldə ediləcək anlaşma çərçivəsində müəyyən mənada nəzərə alınmalıdır.“Məlumdur ki, ”İrəvana münasibətdə Ankaranın özünün kompleks münasibətləri, həm də kifayət qədər qəliz münasibətləri var. Odur ki, hansısa mərhələdə Türkiyə mütləq şəkildə kompromis əldə olunmasına cəlb olunmalıdır – hansı kompromis ki, təkrar edirəm, böyük ehtimalla, “Kazan formulu” əsasında elə bu il əldə oluna bilər” – politoloq əlavə edib.***** Qeyd edək ki, “Kazan formulu” və ya “Lavrov sənədi” adlanan həll variantı barədə zaman-zaman danışılıb. ANİ erməni ekspertlər qrupu bununla bağlı hətta hesabat da hazırlayıblar və bu hesabata Ermənistan XİN tərəfindən qıcıqlı reaksiya verilib. Lakin təkzib də edilməyib.Hər halda, masa üzərində konkret bir sənədin olduğu deyilir. Təsadüfi deyil ki, Ermənistan prezidenti Serj Sərkisyan isə sonuncu Moskva səfəri zamanı Qarabağ məsələsində “siyasi vəd diplomatik səylərə” görə Rusiya prezidentinə minnətdarlıq elədi və belə bir cümlə də işlətdi: “Əlbəttə ki, olduqca vacibdir ki, əldə olunan anlaşmalar həyata keçirilsin. Biz buna hazırıq”.Bundan bir gün qabaq isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Putinlə görüşdən qayıdarkən 5 rayon məsələsinə toxunmuşdu. Sitat: “Hazırda bölgədə Qarabağ problemi var. Bu məsələnin həllində Türkiyənin üzvü olduğu ATƏT-in Minsk Qrupu daha fərqli nəticələr əldə edə bilərdi. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədridir. Lakin onlar 23-24 ildir bu problemi hələ də həll edə bilməyib, yaxud həll etmək istəməyiblər. Təbii ki, işğal var. Bu işğalı hamı qəbul edir. Madam ki, işğal var, onda buna niyə son qoyulmur? Hazırda münaqişənin həlli prosesində bəzi irəliləyişlər mövcuddur. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan prezidenti İlham Əliyev də bunu mənə bildirdi. 5 rayon azad edilərsə, problemlər sözün əsl mənasında rahatlıqla həll ediləcək, regionda normallaşma prosesi başlaya bilər”.***** Bu və digər yeni nüanslar Dağlıq Qarabağla bağlı avqust görüşlərindən hasil olan təzə ümid qığılcımları sayıla bilər. Bu ümidlər real sülh anlaşmasına gətirəcəkmi, Böyük Sülh Sazişinin yolunu açacaqmı? Çox şey sübhəsiz  ki, münaqişənin həllində əsas söz sahibliyini saxlayan Moskvanın məsələnin həllinə nə dərəcədə səmimi təkan verəcəyindən asılı olacaq. Rusiya liderinin bu xüsusda verdiyi son açıqlamalar da diqqət çəkir. Onların arasında beləsi də var. Putin deyib: “Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin real həllini istəyir. Rusiya İrəvanla Bakı arasında gərginliyin azalmasında maraqlıdır və kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında yardımını davam etdirəcək. Biz Minsk Qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və İrəvanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik”. Kreml başçısının bu sözlərinin növbətçi bir bəyanat olub-olmadığı tezliklə bəlli olacaq. Bir məqamı da xüsusi vurğulayaq: Putinin müşavirinin dediyi kimi, prosesdə Türkiyəyə böyük rol ayrılması təbii ki, Azərbaycanın xeyrinədir və ölkəmizin mövqeyini, manevr imkanlarını gücləndirəcək. Çünki qardaş dövlətin həll variantına yanaşması bəllidir. Bunu son olaraq Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşğun  qəzetimizə verdiyi geniş müsahibədə bir daha ortaya qoyub. Sitat: “Türkiyə Azərbaycanı maraqlandıran bütün mövzularda hər zaman aktiv çıxış edib. Qarabağ məsələsinin həllində də Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirib. Dəfələrlə bəyan etmişik ki, bu məsələdə hər zaman Azərbaycanın yanındayıq və Türkiyə olaraq üzərimizə düşən vəzifəni icra etməyə hazırıq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu yaxınlarda qeyd etdi ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində təklif etdiyi və razılaşdığı formul nə olacaqsa, Türkiyə də onu dəstəkləyəcək”.Əlavə edək ki, bu ay Qarabağ məsələsi ilə prezidentlərin Paris görüşü də planlaşdırılıb. Politoloqlara görə, məhz bu görüş 4 günlük aprel döyüşlərindən sonra sülh danışıqlarında, nəhayət, sıçrayış olub-olmayacağı məsələsinə aydınlıq gətirməlidir.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler